25 C
Baku
27 İyul 2024, 3:46
Digər

Yurdumuza qış gəlir

Havaların kəskin soyuması ilə artıq qış fəsli özünü göstərir. Günlərin qısalması, gecələrin uzanması ilə başlayan qış fəsli həm də xalq dilində desək, böyük çilənin də başlanğıcı sayılır. İlin ən soyuq fəslinin ölkəmizə daxil olması ilə bağlı Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Əminə Hümbətova Bugun.tv-yə məlumat verdi.

O, bildirdi ki, fəsillərin yaranması və dəyişməsi astronomik xarakter daşıyır. Bu il şimal yarımkürəsindəki qış gündönümünə isə artıq saatlar qalır.

Qış Günəş duruşu nöqtəsinə yaxınlaşdıqca artıq biz daha qaranlıq gündüzlər müşahidə etməyə başlayırıq. Daha uzun gecələrimiz, daha qısa gündüzlərimiz olur. Bu il qış fəsli Azərbaycana və şimal yarımkürəsinə dekabr ayının 22-də saat 01:48 dəqiqədə daxil olacaq. Bu andan etibarən ölkəmizdə artıq qış fəsli balayır.Və həmin gün biz ən qəsa gündüz, ən uzun gecə yaşayacağıq.

Yerin şimal yarımkürəsində qış fəslinin daxil olması ilə ən qısa gündüz 9 saat 17 dəqiqə, ən uzun gecə isə 14 saat, 42 dəqiqə, 38 saniyə təşkil edəcək. Qış fəslinin daxil olması ilə xalqın dilində desək, “böyük çilənin” gəlişinə start verilir.

Böyük çilə 40 gün,20 gün kiçik çilə01:22 Çillə  çətinlik, ağırlıq, bəşərqət deməkdir. Əslində isə 02:22 qış fəslinə daxil olmağımız, eyni zamanda novruza hazırlığın başlanğıc dövrüdür.

El arasında bilirik ki, Naxçıvan qarpızı ritualı var. Çilə qarpızı kəsərlər, onun içərisindəki əlamətlərə görə, qışın necə keçəsəyi haqqında ağsaqqallar məsləhətlər verərlər. Böyük çilədən sonra kiçik çilədə“Xıdır İlyas” bayramı var.Bax misal üçün, bu gün Lənkəranda o çilə mərasimi qeyd olunur. Qışa girməyimizin xüsusi bir ritual yeməkləri var. Bunlar balıq məhsullarıdır, səbzədir göyərtidir.

Qış fəsli daxil olduqdan sonra gecə-gündüz bərabərliyinə doğru gediş başlayır ki, bu da gələn ilin mart ayının 21-də Yaz fəslinin daxil olması zamanı müşahidə ediləcək.

Nigar Məmmədova

Oxşar xəbərlər

Yazın dəbi nə olacaq?-MODELYERDƏN AÇIQLAMA

Kəmalə Sultan

Ramazanın 5-ci günü – İmsak və iftar vaxtı

Bugün TV

Namiq Hüseynli : “Dörd min kitab oxumuş kitabçı və onun uşaqlıq arzusu”

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu