19 C
Baku
8 Sentyabr 2024, 3:22
Baş xəbərSəhiyyə

Yuxusuzluq ifliclə nəticələnir! Alimlər çağırış etdi!

Bugun.tv xəbr verir ki, alimlər yuxusuzluq əlamətlərini insult riski ilə əlaqələndiriblər.

Tədqiqatçılar orta yaşı 61 olan və qadınların 57 faizini təşkil edən qrup üzərində araşdırmalar aparıblar. “Neurology” elmi jurnalında dərc edilən araşdırma çərçivəsində 2002-ci ildən 2020-ci ilə qədər əvvəllər insult keçirməyən insanlar müşahidə edilib.

Michigan Universiteti Sosial Araşdırmalar İnstitutu tərəfindən hazırlanan Sağlamlıq və Təqaüd Araşdırmasının (HRS) məlumatlarından istifadə edərək, Dr. Wendemi Sawadogo və komandası iflic riski ilə yuxusuzluq əlamətlərini əlaqələndirib.Virginia Commonwealth Universitetinin tədqiqatçısı Sawadogo yüngül və ağır yuxusuzluğu olan insanlarda yuxusuzluğu olmayan insanlarla müqayisədə təxminən 10 ildən sonra insult riskinin daha çox olduğunu göstərib. Sawadogo, şiddətli yuxusuzluqdan əziyyət çəkən insanların da diabet, hipertoniya, ürək xəstəlikləri və depressiyaya sahib olduğuna diqqət çəkib ki, bu da insult riskini daha da artırır.

Digər tərəfdən, yuxusuzluğu olmayan 50 yaşdan yuxarı insanlara nisbətən, bu problemi olan 50 yaşdan aşağı insanlarda insult riskinin daha yüksək olduğu müəyyən edilib. Yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək bir çox müalicənin olduğunu xatırladan Sawadogo, gələcəkdə insult riskini azaltmaq üçün erkən diaqnoz və müalicənin əhəmiyyətini vurğulayıb.

Mənbə: Ensonhaber

Nigar Məmmədova

Oxşar xəbərlər

İspartada 4 mərtəbəli oteldə yanğın olub

Bugün TV

İlham Əliyev Ankarada Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdi

Bugün TV

241 kilo marixuana ələ keçirildi: 2 nəfər həbs edildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu