25 C
Baku
27 İyul 2024, 3:53
Baş xəbərİdman

“Zəfər” Vinq Çun İdman Klubunun üzvü Nurcan Məlikzadə: “Ən böyük arzum gələcəkdə yarışlara qatılıb, Azərbaycanı təmsil etməkdir”

Bugun.tv olaraq hər zaman Azərbaycanın müxtəlif idman növləri üzrə məşqçilərinin tanıdılmasına şərait yaradırıq. “Onları siz də tanıyın” rubrikasının qonağı bu dəfə “Zəfər” Vinq Çun İdman Klubunun üzvü Nurcan Məlikzadədir.

Vinq Çun idmanı
İdmançı Nurcan Məlikzadə

“Adım Nurcan Məlikzadədır. 14 yaşım var. 236 saylı tam orta məktəbdə oxuyuram. Artıq 2 aydır ki, Vinq Çun döyüş sənəti ilə məşğul oluram. Bura uşaqlıqdan bəri böyük həvəsim olub. Mənim bu döyüşü seçməkdə məqsədim özünümüdafiəni bacarmaqdır. Kimsə mənə qarşı kobudluq göstərdikdə özümü müdafiə etmək istəyirəm”.

Nurcan Məlikzadədən müsahibə
Nurcan Məlikzadə məşq prosesində

“Buradan həmyaşlarımada demək istəyirəm ki, kimsə kobudluq göstərdikdə özlərini müdafiə etməyi bacarmaları üçün Vinq Çun döyüş sənəti ilə məşğul olmağa gəlsinlər. Ən böyük arzum gələcəkdə yarışlara qatılım, Azərbaycanı təmsil edim”.

 

Vinq Çun Federasiyası
“Zəfər” Vinq Çun İdman Federasiyasının rəhbəri Azər Sahibi və Nurcan Məlikzadə

“Bizim müəllimimiz olan Azər Sahiblidən danışmaq istəyirəm. Bizim orta məktəb dərslərimizlədə maraqlanır. Uşaqlara qarşı kobudluq göstərmir. Çox yaxşı və çox mehriban müəllimdir. Gələcəkdə Azər Sahibi kimi tələbələrimin olmasını istərdim. Məqsədim onlara Vin Çun sənətini sevdirmək və öyrətməkdir”.

Bugün TV

Oxşar xəbərlər

Çin kommersiya raketindən istifadə edərək orbitə peyk buraxıldı

Bugün TV

Aprelin 13-də gözlənilən hava şəraiti

Aynur Camal

63 ton 920 litr qaçaq yanacaq ələ keçirildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu