1 C
Baku
14 Yanvar 2025, 3:13
Baş xəbər

“Zəfərin mübarək, Vətən”

  Tarixi Zəfər günü ilə bağlı silsilə tədbirlər davam edir. Tərtər Rayon İcra Hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsi ilə birlikdə “Zəfərin mübarək, Vətən” adlı tədbir keçirib.

  Toplantıda şəhidlərimizin əziz ruhları yad edilib, onların şücaətli yolundan danışılıb və eyni zamanda müharibə iştirakçılarına “Vətən müharibəsi veteranı” medalları təqdim edilib.     Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və veteranlar, dövlət qurumlarının, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 Əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsini, sonra isə Şəhidlərin Abidə Kompleksini ziyarət ediblər. Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib. Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, qalib sərkərdə cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan Şanlı Zəfər günündən, Rəşadətli Azərbaycan Ordusunun müharibədə qazandığı qələbədən, ordumuzun döyüş taktikasından, 44 günlük Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyünü təmin edən şəhidlərimizdən, öz sağlamlıqlarını Vətənə qurban verən qazilərmizdən bəhs edib. Bu qələbədə hər kəsin payı olduğunu, ordu-iqtidar-xalq birliyinin möhkəmliyindən danışıb. Rayon rəhbəri dövlət tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğını da dilə gətirib, möhtərəm prezident cənab İlham Əliyevin şəhid və qazi ailələrinin problemlərinin həllinə dəstək olmağın hər kəsin borcu olduğunu bildirdiyini qeyd edib. Rayon rəhbəri tədbir iştirakçılarını, onların şəxsində bütün Azərbaycan xalqını tarixi Zəfər günü münasibəti ilə təbrik edib, şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıb.

   Sonra söz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayevə verilib. O, öz çıxışında Azərbaycan xalqının torpaqlarının işğalı ilə heç vaxt barışmadığnı, öz ordusunun nələrə qadir olduğunu 44 günlük Vətən müharibəsində sübut etdiyindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfərin tarixi əhəmiyyətindən, erməni vandallığına son qoyulmasından, erməni ordusunun məğlub edilməzliyi haqqında uydurulan ” mif”dən söhbət açıb, həmyerlilətimizin döyüşlərdə göstərdiyi igidliklərdən danışıb.

Eyni zamanda rayon Polis şöbəsinin rəisi Elçin Qasımov, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullayev və “Azərbaycan Bayrağı” ordenli Vətən müharibəsi əlili Elnur Salahov çıxış ediblər.

 Məktəblilər isə vətənə, şəhidlərə aid şeirlər söyləyiblər.

  Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamına əsasən “Vətən müharibəsi veteranı” medalları təqdim olunub ki, onların da 5 nəfəri Vətən müharibəsi əlilidir.

Aynur Camal

Oxşar xəbərlər

BƏƏ lideri Əl Nəhyan Rusiya prezidenti Putinlə görüşüb

Aynur Camal

Tural İsmayılov: “Fransanın Ermənistanı hərbi baxımdan təchiz etməsi Azərbaycan və Türkiyəyə qarşı savaş açması deməkdir”

Nigar Məmmədova

Gəncədə əlilliyi olan qadınlarla davranış qaydalarına dair dövlət işçilərinə təlim keçilib

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu