Dünya

Zəlzələ bölgəsində həyat davam edir

Zəlzələdən böyük zərər görən bölgələrdən biri də Hatay Kırıkhan ərazisidir. “Bu gün burada həyat çadırlarda, konteynerlədə davam etsə də, o qorxu, həyəcan, narahatlıq hələ gözlərdən oxunur. Əsas da, körpələrin gözlərindən”.
Bu sözləri Bugun.tv-yə müsahibəsində “Azaflı” Sosial Yardım dərnəyinin əməkdaşı Figen Kıyaklı deyib.
Xilasedicilər bu gün də zəlzələnin baş verdiyi ərazilərdədir. Onlar öz maddi və mənəvi dəstəklərini azyaşlılardan əsirgəmirlər.
“Bu günlərdə zəlzələdə evləri dağılan ailələrdən birinin qız övladı Zeynəbə doğum günü keçirdik. Onun sevinc göz yaşlarını hələ də unuda bilmirəm… Digərləri də var. O uşaqların hamısını sevdikləri müxtəlif əşyalarla, oyuncaqlar, çantalar, şarlar, kitablar, dəftərlər, rəngli qələmlər, isti geyimlərlə sevindirməyə davam edirik. Onlar hər birimizin övladlarıdı. Düşünürəm ki, göstərdiyimiz yardımlar həm bizim insanlıq, həm də vətəndaşlıq borcumuzdu”,- Figen Kıyaklı bildirib.

Bugün TV

Oxşar xəbərlər

Pakistan Əfqanıstan sərhədində hava zərbələri endirdi

Aynur Camal

ABŞ və İranın Qətərdə yeni danışıqlara başlayacağı bildirilir

Aynur Camal

İsti havada idman üçün ən uyğun məşqlər açıqlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu