Image default
Digər

Z nəsli yaşlı işçilərə güvənmir? Araşdırma nəsillərarası uçurumu üzə çıxardı

Queensland Universiteti tərəfindən aparılan araşdırma Z nəsli ilə daha yaşlı işçilər arasında ciddi fikir ayrılıqlarının olduğunu göstərib.

Tədqiqat nəticələrinə görə, gənc əməkdaşlar yaşlı həmkarlarını çox vaxt yeniliklərə qapalı, öyrənməyə meyilsiz və peşəkar baxımdan zəif hesab edirlər. Araşdırmanın müəllifi Çed Çiu bildirib ki, şirkətlərdə “yatay iyerarxiya” modelinin yayılması bu qarşıdurmanı daha da gücləndirir.

Sorğular Avstraliya və Tayvanda aparılıb və nəticələr gənclərin yaşlı həmkarlarına daha az güvəndiyini ortaya qoyub. Eksperimentlər də bu tendensiyanı təsdiqləyib – gənclər yaşlı mütəxəssislərin peşəkar bacarıqlarını aşağı qiymətləndiriblər.

Araşdırmada həmçinin qeyd olunur ki, gənclər çox vaxt kifayət qədər məlumat olmadan yalnız yaş faktoruna əsaslanaraq nəticə çıxarırlar. Sosial mediada, xüsusilə TikTok platformasında paylaşılan şikayətlər də bu fikirləri təsdiqləyir.

Mütəxəssislər hesab edir ki, nəsillərarası anlaşmazlığın aradan qaldırılması üçün iş yerlərində daha balanslı yanaşma və qarşılıqlı anlayış vacibdir.

Mənbə: TGRTHaber

Aynur Camal

Oxşar xəbərlər

Aİ qüvvələri Aralıq dənizində şübhəli neft tankerinə baxış keçirdi

Aynur Camal

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu