24 C
Baku
12 Sentyabr 2025, 0:11
Baş xəbər

Zaxarova: “Rusiya Dağlıq Qarabağda gərginliyin artmasından ciddi çəkildə narahatdır”

“Rusiya Dağlıq Qarabağda gərginliyin artmasından ciddi şəkildə narahatdır və tərəfləri təmkinli olmağa çağırır”.

Bugun.tv TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyanatında deyib.

“Biz, Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması ilə bağlı ciddi narahatlığımızı bildiririk. Bütün bu son günlər ərzində çoxsaylı atəşkəs pozuntuları baş verib. Martın 5-də baş vermiş silahlı insident həm Ermənistan, həm də Azərbaycan tərəfinin itkisinə səbəb olub”, – diplomat bildirib.

“Tərəfləri qətiyyətlə təmkinli olmağa və vəziyyəti eskalasiya etmək üçün addımlar atmağa çağırırıq”, – deyə Zaxarova vurğulayıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni təyinat olub

Nigar Məmmədova

Xoruldamağın səbəbləri bunlardır – HƏKİM AÇIQLAMASI

Kəmalə Sultan

“TikTok” İsveçdə Qurana hücum edən Momikanın hesabını bağladı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu