Dünya

Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini vəzifədən azad etdi

Bugun.tv xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Baş Qərargah rəisi Oleksandr Sırskini vəzifəsindən azad edərək onun yerinə Birləşmiş Qüvvələr Komandanı, briqada generalı Mixaylo Drapatını təyin edib.

Zelenski gündəlik videomüraciətində bildirib ki, qərar ordunun yüksək rütbəli rəhbərliyi ilə keçirilən müzakirələrdən sonra qəbul olunub. Onun sözlərinə görə, Baş Qərargahın fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə bir sıra kadr dəyişiklikləri həyata keçiriləcək.

Ukrayna Prezidenti qeyd edib ki, Oleksandr Sırski müharibənin ilk günlərində Kiyevin müdafiəsində, daha sonra Xarkov vilayətində həyata keçirilən əks-hücum əməliyyatlarında, eləcə də Ukrayna qüvvələrinin Rusiyanın Kursk vilayətində keçirdiyi əməliyyatlarda mühüm rol oynayıb. Zelenski onun xidmətlərini yüksək qiymətləndirərək təşəkkür edib və qərarın yaxın vaxtlarda rəsmiləşdiriləcəyini bildirib.

Xatırladaq ki, Zelenski iyulun 16-da Müdafiə Nazirliyi ilə Baş Qərargah arasında fikir ayrılıqlarının olduğunu açıqlamışdı. Bundan sonra ölkədə, o cümlədən Kiyev, Odessa və Lvov şəhərlərində müdafiə naziri ilə bağlı dəstək aksiyaları keçirilmişdi.

Oleksandr Sırski 2024-cü il fevralın 8-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilmişdi.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Bu gün Pakistanın Müdafiə Günüdür

Elnarə Dərziyeva

Alimlər qocalmanın təsirlərini azaltmağa ümid verən dəniz canlısı maddəsi aşkarlayıblar

Aynur Camal

Tramp mal ətinin mənşə ölkəsinin etiketlənməsi ilə bağlı sərəncam imzalayacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu