Baş xəbərDünya

Zelenskinin korteji qəzaya düşüb

Ukrayna prezidenti xəsarət almayıb

Ukrayna prezidenti Vladimir Zelenskinin korteji Kiyevdə qəzaya düşüb.

Bugün.tv TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı dövlət başçısının mətbuat katibi Sergey Nikiforov məlumat verib.

 “Kiyevdə minik avtomobili Ukrayna prezidentinin maşını ilə toqquşub və onu müşayiət edən maşınlar olub”, –  deyə o Facebook səhifəsində bildirib. “Prezidenti həkim müayinə edib, ciddi xəsarət aşkarlanmayıb”.

 Nikiforov əlavə edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını araşdırır.

Şərh yazın