Baş xəbərDünya

Zelenskinin nümayiş etdirdiyi fotolar Trampı hiddətləndirdi! Mübarizə niyə başladı?

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla mübahisəsinin səbəbini açıqlayıb. Zelenski bildirib ki, onun nümayiş etdirdiyi fotolar Trampı qəzəbləndirib. Ukrayna lideri Volodimir Zelsnıy ilə ABŞ prezidenti Donald Tramp arasında dünya gündəminə damğasını vuran davanın təfərrüatları məlum olub. Ukrayna prezidenti Vladimir Zelenski “Time” jurnalına müsahibəsində Trampa göstərdiyi fotoların müzakirələri alovlandıra biləcəyini deyib. Zelenski deyib ki, Tramp Rusiya əsirliyində olan ukraynalı məhbusların “dəhşətli arıq” vəziyyətdə olduqlarını göstərən bir sıra fotoşəkilləri ona göstərdikdən sonra ABŞ lideri qəzəblənib. Zelenski deyib ki, Tramp fotolara baxarkən “Bu çətin məsələdir” deyib.

  Trampın ukraynalı məhbuslara verilən işgəncələrə görə məsuliyyət daşıdığını hiss etdiyi üçün fotoları araşdırdıqdan sonra gərginləşdiyi iddia edilib. Bildirilib ki, bu prosesdən sonra Tramp Zelenskiyə qəzəblənməyə başlayıb. Lakin Zelenski fotoları göstərdiyinə görə peşman olmadığını bildirib.

“Onun ailəsi, yaxınları, övladları var. O, hər bir insanın hiss etdiklərini hiss etməlidir. Mənim göstərmək istədiyim dəyərlərim idi. Amma sonra söhbət başqa istiqamətə keçdi”, – Ukrayna lideri öz seçimi ilə bağlı deyib.

“Sən kart oynayırsan, milyonlarla insanın həyatı ilə qumar oynayırsan”, Tramp hücuma məruz qalan ölkə liderini barmağını yelləyərək deyib.

ZELENSKİNİN HƏDİYYƏSİ NƏ OLDU?

Zelenski boks həvəskarı olan Trampa hədiyyə etmək üçün dostu, ukraynalı boksçu Aleksandr Usıkın ağır çəkidə dünya çempionluq kəmərini də gətirmişdi. Kəmərə nə baş verdiyini soruşduqda, “bilmirəm, bəlkə hələ də var” dedi. Mübahisədən sonra Zelesnkiy kəməri stolun üstündə qoyub. Time-ın məlumatına görə, Ağ Evin əməkdaşları kəməri taparaq Trampın şəxsi yeməkxanasına aparıblar.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Makron: İsrailin Qəzzada siyasəti qəbuledilməz və utancvericidir

Aynur Camal

Metadan qalmaqal: Fələstinə senzura tətbiq etdiyi ortaya çıxdı

Aynur Camal

ABŞ-da silahlı hücum: 7 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu