Dünya

Əfqanıstanda terror aktı baş verdi, ölənlər var

Əfqanıstanın şimalında, Məzari-Şərif şəhərinin mədəniyyət mərkəzində terror aktı baş verib. Törədilən partlayış nəticəsində azı 4 nəfər ölüb, 16 nəfər yaralanıb.

Bugun.tv xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilir ki, partlayış jurnalistlərin təntənəli toplantıda iştirak etməli olduğu Tabyan Mədəniyyət Mərkəzində törədilib. Konfransda müxbirlər, din xadimləri və yerli rəsmilər iştirak ediblər.

Partlayış Bakı vaxtı ilə saat 10:30-da  baş verib. Hadisə yerinə Taliban təhlükəsizlik qüvvələri gəlib.

Xatırladaq ki, ötən gün Bəlx vilayətinin administrasiyasının ofisində terror aktı törədilib. Əl-Ərəbiyyə telekanalının məlumatına görə, partlayış biri qubernator olmaqla, 3 nəfərin həyatına son qoyub.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Nazirliyin mətbu orqanları ilə görüş keçirildi

Aynur Camal

Daha iki ölkə NATO-ya üzv qəbul edildi

Aynur Camal

ÜST Avropada spirt istehlakı ilə bağlı təcili tədbirlər görməyə çağırır

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu