Baş xəbərSiyasət

Ərdoğan: “Biz Ukrayna və Rusiya arasında sülhün bərqərar olmasının tərəfdarıyıq”

Türkiyə Rusiya və Ukrayna arasında danışıqları mümkün qədər tez təşkil etmək istəyir.

Bugun.tv xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan macar həmkarı Katalin Novak ilə söhbəti zamanı deyib.

“Biz Ukrayna ilə Rusiya arasında danışıqlar masası arxasında sülhün bərqərar olmasını istəyirik. Ankara Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən görüşləri bərpa etmək istəyir”,- Ərdoğan söyləyib.

“Rusiya hər zaman məsələləri danışıqlar masası arxasında həll etməyə hazır olub. Lakin Ukrayna qanunları ölkə prezidentinin Kremllə dialoqda iştirakını qadağan edir. Qərb ölkələri Kiyevə hər hansı çevikliyə imkan vermək istəmir. Bu kontekstdə Ukrayna ilə danışıqlar üçün heç bir perspektiv yoxdur”.

Xatırladaq ki, bunu Kremlin sözçüsü Dmitri Peskov yanvarın 11-də jurnalistlərə bildirib.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: CNN-in Azərbaycanla bağlı materiallarının arxasında Netanyahu hökuməti dayanır

Aynur Camal

Alimlər: çatlar artıq yeni növ iş formasıdır

Aynur Camal

Gənc ixtiraçı plastik tullantılardan yanacaq istehsal edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu