24 C
Baku
15 Sentyabr 2026, 22:31
100 yaş, uzunömürlülük, yaşlı əhali, demoqrafiya, CNN, Yaponiya əhalisi, dünya xəbərləri
Dünya

100 yaşdan yuxarı insanların sayı ilk dəfə 100 mini keçdi

Bugun.tv xəbər verir ki, Yaponiyada 100 yaş və daha yuxarı insanların sayı ilk dəfə 100 minlik həddi keçib.

CNN-in məlumatına görə, ölkədə bu yaş qrupunda olan insanların sayı sentyabr ayına olan göstəricilərə əsasən 107 688 nəfərə çatıb. Bununla da Yaponiyada 100 yaşdan yuxarı insanların sayı ardıcıl 56-cı il artıb. Ötən illə müqayisədə göstərici təxminən 8 min nəfər yüksəlib.

Məlumata görə, 100 yaşdan yuxarı şəxslərin böyük əksəriyyətini qadınlar təşkil edir. Onların sayı 94 298 nəfər, yəni ümumi göstəricinin təxminən 88 faizidir.

Yaponiya uzunömürlülük göstəricilərinə görə dünyanın aparıcı ölkələrindən biri olaraq qalır. Ölkədə əhalinin yaşlanması və doğum səviyyəsinin aşağı düşməsi uzun illərdir demoqrafik siyasətin əsas məsələlərindən biridir.

Yeni rəqəmlər bir tərəfdən ölkədə insanların daha uzun yaşadığını göstərsə də, digər tərəfdən Yaponiya üçün yaşlı əhalinin artması ilə bağlı sosial və iqtisadi problemləri də gündəmdə saxlayır.

Mənbə: Yahoo.com

Aynur Camal

Oxşar xəbərlər

Polşa Rusiya dronlarına görə havada keçirdiyi hərbi əməliyyatı dayandırdı

Aynur Camal

NATO təyyarələri Litva hava məkanına daxil olan dronu vurdu

Aynur Camal

Rusiya Suriyadakı hərbi bazalarına yenidən təchizat göndərdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu