Böyük Britaniyanın hörmətli nəşrlərindən olan The Guardian, X (keçmiş Twitter) platformasında məzmun paylaşmamaq qərarına gəldiyini açıqladı. Qəzet belə qənaətə gəldiyini platformada “həddindən artıq sağçı sui-qəsd nəzəriyyələri və irqçi məzmunun” artması səbəbindən etdiyini bildirib.
Britaniya mətbuatının aparıcı nəşrlərindən biri olan The Guardian, “həddindən artıq sağçı sui-qəsd nəzəriyyələrinin və irqçi məzmunun yayılması” səbəbiylə bundan sonra X platformasında yer tutmayacağını açıqlayıb.
Qəzetin X-də 80-dən çox hesabı və 27 milyona yaxın izləyicisi var.
The Guardian bildirdi ki, platformada tez-tez “narahatedici məzmun” olması səbəbindən bu mediada fəal iştirak etməyin daha doğru seçim olmadığına qərar verdi. Açıqlamada, platformada yayılan ifrat sağçı sui-qəsd nəzəriyyələrinin və irqçi diskursların uzun müddətdir narahatlıq doğurduğu bildirilib.
ABŞ-da prezident seçkiləri ilə bağlı xəbər və yazıların da bu narahatçılığın səviyyəsini artırdığını bildirən qəzetdən aşağıdakı açıqlamalar paylaşılıb:
“Biz bu platformada narahatedici məzmun, ifrat sağçı sui-qəsd nəzəriyyələri və irqçi yazılara görə Guardian-ın rəsmi hesablarında paylaşım etməyəcəyik. ABŞ-da keçirilən prezident seçkiləri X-in zəhərli platformaya çevrildiyini və Elon Maskın siyasi gündəmini müəyyən etməkdə rol oynadığını göstərdi”.
Sosial medianın yeni auditoriyaya çatmaqda dəyərli bir vasitə olduğu vurğulansa da, X platformasının artıq bu baxımdan daha məhdud təsirə malik olduğu bildirilib. “Bizim jurnalistikamız veb-saytımızdakı bütün oxucularımız üçün əlçatandır. Bizim prioritetimiz insanların theguardian.com saytına daxil olması və buradakı işimizi dəstəkləməsidir”, – bəyanatda deyilir.
Qəzet həmçinin oxucu dəstəyinə əsaslanan biznes modelinin sosial media platformalarının alqoritmlərindən asılı olmayaraq davamlı olduğunu vurğulayır.
Mənbə: TGRT