20 C
Baku
24 İyun 2025, 8:53
Səhiyyə

“Sağlam addımla artıq çəkiyə son” layihəsinin ilk konfransı start verdi

Bu gün Bakıda “Sağlamlığın Qorunması” ictimai birliyinin təşkilatçılığı ilə “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda konfrans başlayıb.

Konfransın əvvəlində Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün müdafiəsi uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bugun.tv xəbər verir ki, sözügedən bu konfrans “Sağlamlığın Qorunması” ictimai birliyi və Təbib arasında bağlanan memarandumdan, sonra “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda keçirilən ilk tədbirdir.

Qeyd edək ki, konfransı “Sağlamlığın Qorunması” İctimai birliyinin sədri Yazgül Abdiyeva açıb.

O, çıxışında təşkilatın üzvlərini, millət vəkillərini, Azərbaycanda və dünyada beynəlxalq arenada öz sözünü demiş alim və professorları eyni zamanda tədbir iştirakçılarını salamladıqdan sonra, vurğulayıb ki, bu tədbir bir yekdillik tədbiridir və cəmiyyətimizə bir mesaj olaraq “Sağlam addımla artıq çəkiyə son” lahiyəsi adı altında həyata keçirilir.

Həmçinin Yazgül Abdiyeva tədbirin təşkilatçısı olan “Tibbi ərazi bölmələrinin idarəedicisi birliyi”nin icraçı direktoru cənab Vüqar Qurbanova, “Dəyərlilərə Dövlət dəstəy Agentliyi”nin icraçı direktoru Aygün Əliyevaya və təşkilata evsahibliyi edən Yeni Klinikanın rəhbəri Barat Yusubovaya təşəkkürlərini bildirdi.

Bu mövzuda maarifləndirici tədbirlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayan Y.Abdıyeva, “Artıq çəki və onun fəsadları” adlı tədbirlərin cəmiyyətimizin sağlamlığı üçün ciddi çağırışlardan biri olduğunu qeyd edib və deyib:

“Bu kimi konfranslar bizə yalnız problemi anlamaqda yox, birgə həlli yolları tapmaqda kömək edəcək. Qalib ölkənin qalib tibb işçiləri olaraq ölkəmizin rəhbəri cənab İlham Əliyevə təşəkkür edirik. Onun səhiyyəyə göstərdiyi diqqət sayəsində ölkəmizin Tibb sahəsi yüksək səviyyədə inkişaf edir. Artıq xarici getmə ehtiyac yoxdur. İstər kardiologiya, nevrologiya və tibbin digər sahələri yüksək inkişaf edir. Şükürlər olsun ki, artıq biz “Qayıdaş proqramı”na da qoşulmuşuq. Bu proqrama qoşularaq artıq işğaldan azad olmuş ərazilərdə də tibbi aksiyalar, tibbi müayinələr həyata keçirilir. Bundan böyük xoşbəxtlik varmı? Bundan böyük xoşbəxtlik yoxdur və biz də bir vətəndaş olaraq mandatımızdan yenə asılı olmayaraq bu ictimai birliyə qoşulmuşuq. Və “Sağlamlığın Qorunması ictimai birliyi”nin adından istər mərkəz, istərsə də regionlarda bir sıra aksiyalar həyata keçirmişik. Onu da qeyd etmək istəyirəm ki, ölkəmiz üçün  bu konfrans fərqli bir konfransdır. Və inanıram ki, bu maarifləndirici konfranslar silsilə şəklində davam edəcək və Azərbaycan beynəlxalq səviyyədə də öz sözünü deyəcək”.

Aynur Camal

Oxşar xəbərlər

Koronavirusun beyin hüceyrələri ilə birləşdiyi sübut edildi

Nigar Məmmədova

Baş həkim: “Qənirə Paşayeva reanimasiya şöbəsindədir və bütün lazımi tədbirlər görülür”

Bugün TV

“Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” adlı ilk konfrans baş tutdu – FOTOLAR

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu