qızılca, ABŞ, Meksika, Boliviya, PAHO, peyvəndləmə, yoluxucu xəstəliklər, dünya xəbərləri
Səhiyyə

ABŞ, Meksika və Boliviya qızılcanın aradan qaldırılması statusunu itirdi

Bugun.tv xəbər verir ki, Pan Amerika Səhiyyə Təşkilatı (PAHO) ABŞ, Meksika və Boliviyanın qızılca xəstəliyinin aradan qaldırıldığı ölkələr statusunu itirdiyini açıqlayıb.

Qərar təşkilatın 10–13 noyabr tarixlərində keçirilən regional komissiyasının iclasında epidemioloji və laboratoriya məlumatlarının araşdırılmasından sonra qəbul edilib. Məlum olub ki, hər üç ölkədə qızılca virusunun eyni genetik növü və xətti ən azı 12 ay fasiləsiz dövr edib. Bu isə xəstəliyin yerli yayılmasının yenidən bərpa olunduğunu göstərir.

PAHO-nun məlumatına görə, 13 noyabr tarixinədək Amerika regionunda 58 213 təsdiqlənmiş qızılca halı və 82 ölüm qeydə alınıb. Ötən ilin eyni dövründə isə yoluxma sayı 12 806 olub.

Təşkilat ölkələri peyvəndləmə, xəstəlik hallarının izlənməsi və operativ tədbirlərin gücləndirilməsinə çağırıb. Qızılcanın yayılmasının qarşısını almaq üçün hər bir icmada peyvəndin hər iki dozası üzrə əhatə səviyyəsinin ən azı 95 faizə çatdırılması vacib sayılır.

Qeyd edək ki, statusun itirilməsi bu ölkələrin bütün ərazilərində hazırda kütləvi yoluxma olduğu demək deyil. Ölkələr yoluxma zəncirini dayandıraraq gələcəkdə yenidən eliminasiya statusu əldə edə bilərlər.

Mənbə: World News

Aynur Camal

Oxşar xəbərlər

Cift toxumasından əldə edilən hüceyrələr şəkərli diabet xəstələrinin sağalmayan yaralarına ümid verdi

Aynur Camal

Alimlər qan-beyin baryerinin yeni funksiyasını aşkar ediblər: Alzheimer müalicəsinə yol aça bilər

Aynur Camal

Piylənmə diaqnozunda yeni yanaşma: Təkcə boy və çəki kifayət etməyəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu