Digər

Dondurulmuş hazır yeməkləri necə düzgün seçmək və saxlamaq olar? – Ekspert açıqladı

Hazır dondurulmuş yeməklər gündəlik qidalanmada rahat seçim olsa da, onların keyfiyyəti dondurma texnologiyası, saxlanma şəraiti və düzgün hazırlanmasından asılıdır.

Bu barədə “Samokat” şirkətinin keyfiyyət üzrə meneceri Yeqor Lunev “Veçernyaya Moskva”ya açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, məhsul seçərkən ilk növbədə qablaşdırmaya diqqət yetirilməlidir. Qablaşdırma tam qapalı, zədəsiz və üzərində buz qatları olmadan olmalıdır. Əks halda, bu, məhsulun saxlanma və daşınma şəraitinin pozulduğunu göstərə bilər.

Qeyd olunub ki, sənayedə əsasən “şok dondurma” üsulu istifadə olunur. Bu üsul məhsulun daxilində xırda buz kristallarının yaranmasına səbəb olur və nəticədə yeməyin strukturu, dadı və qida dəyəri qorunur. Əgər məhsul buz kütləsinə çevrilibsə və üzərində qalın don qatı varsa, bu, təkrar dondurulma əlamətidir və belə məhsullardan uzaq durmaq tövsiyə olunur.

Mütəxəssis bildirir ki, alınan məhsul mümkün qədər tez -18°C temperaturda saxlanılan dondurucuya yerləşdirilməlidir. Məhsulların dondurucunun dərin hissəsində saxlanması daha məqsədəuyğundur, çünki qapıya yaxın yerlərdə temperatur tez-tez dəyişir.

Hazır yeməklərin düzgün qızdırılması da vacibdir. Əksər hallarda onları əvvəlcədən əridilmədən birbaşa bişirmək mümkündür. Şorbalar və souslar mikrodalğalı sobada və ya qazda qarışdırılaraq qızdırılmalıdır. Lazanaya, makaron və ət yeməkləri isə sobada və ya tavada qapaq altında hazırlanarsa, dad və struktur daha yaxşı qorunur.

Desertlərə gəldikdə isə, onların soyuducuda tədricən əridilməsi tövsiyə olunur. Qablaşdırma tam açılmadan ərimə prosesi başa çatdırılmalıdır ki, məhsulun forması və teksturası pozulmasın.

Ekspert vurğulayıb ki, sadə qaydalara əməl etməklə dondurulmuş hazır yeməklərin həm dadını, həm də qida dəyərini qorumaq mümkündür.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Fransız deputatdan Eurovision boykotu çağırışı: İsrailə görə yayım dayandırılsın

Aynur Camal

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu