18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Bu əlamətdar gün Azərbaycan peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə bu gün ölkə miqyasında keçirilir.
Bu il Ü.Hacıbəylinin anadan olmasının 139 illiyi tamam olur. Bununla əlaqədar Bakıda və ölkəmizin müxtəlif bölgələrində tədbirlər keçirilir.
Mənbə: VİKİPEDİYA