Dünya

200 min hərbçi fərarilik etdi

Ukraynanın yeni təyin olunmuş müdafiə naziri Mixaylo Fedorov parlamentdə çıxışı zamanı ölkənin üzləşdiyi ciddi kadr böhranı ilə bağlı diqqətçəkən rəqəmlər açıqlayıb. Nazir bildirib ki, təxminən 200 min hərbçi icazəsiz şəkildə xidmət yerini tərk edib, 2 milyona yaxın Ukrayna vətəndaşı isə hərbi xidmətdən yayınır.

Bu açıqlamalar Kiyev rəhbərliyinin cəbhədəki aşağı döyüş ruhu və fərariliklə bağlı indiyədək verdiyi ən açıq etiraf kimi qiymətləndirilir.

Uzun illərdir davam edən müharibə fonunda Ukrayna ordusu həm canlı qüvvə, həm də sursat baxımından üstün düşmənə qarşı mübarizə aparır və bu durum şəxsi heyətin cəlb olunmasında ciddi çətinliklər yaradır. 35 yaşına az qalmış Fedorov ölkə tarixinin ən gənc müdafiə naziri kimi tanınır və daha əvvəl Rəqəmsal Transformasiya naziri vəzifəsində pilotsuz uçuş aparatları layihələrinə rəhbərlik edib.

Nazir çıxışında insan itkisini azaltmaq üçün texnologiyanın rolunu önə çəkərək, daha çox dron və robot sistemlərinin tətbiqinin prioritet olacağını bildirib. Onun sözlərinə görə, hazırda Ukraynada yüzlərlə şirkət PUA, radioelektron mübarizə vasitələri və raket istehsalı ilə məşğuldur.

Prezident Volodimir Zelenski isə səfərbərlik sistemində genişmiqyaslı dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb və yeni nazirin müdafiə sənayesini modernləşdirmək gücünə inandığını qeyd edib.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

Məkkəyə icazəsiz daxil olmağa çalışan 5 zəvvar saxlanıldı

Aynur Camal

CNN: ABŞ və İsrailin İrana mümkün hərbi təzyiq planı gündəmdədir

Aynur Camal

Ticarət mərkəzində yanğın baş verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu