DünyaSiyasət

İrandan ABŞ-yə diplomatik mesaj: “İyundakı səhvi təkrarlamayın”

İran xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın hərbi təhdidlərinə cavab verərək Vaşinqtona diplomatiya mesajı göndərib. O, iyun ayında baş verən hücumlara işarə edərək, “İyunda etdiyiniz səhvi təkrarlamayın” deyib və İranın danışıqlara hazır olduğunu vurğulayıb.

İranda 28 dekabr 2025-ci ildə milli valyutanın kəskin dəyər itirməsi və iqtisadi çətinliklər fonunda Tehranın Böyük Bazarında başlayan etirazlar qısa müddətdə bir çox şəhərə yayılıb. ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyinin 14 yanvar tarixli hesabatına görə, iğtişaşlar zamanı 140-dan çoxu təhlükəsizlik əməkdaşı olmaqla ümumilikdə 2 550 nəfər həlak olub. İran rəsmiləri isə ölən və yaralananlarla bağlı rəsmi statistika açıqlamayıb.

Fox News-a müsahibəsində Əraqçi bildirib ki, hökumət zorakılıq və terror aktlarının qarşısını almaq üçün maksimum təmkin nümayiş etdirib və hazırda vəziyyət nəzarət altındadır. Nazir, hadisələr zamanı xaricdən yönləndirilən terror qruplarının təhlükəsizlik qüvvələrinə və dinc əhaliyə hücum etdiyini iddia edib.

Əraqçi həmçinin baş verənlərin İsrailin planı olduğunu irəli sürərək ABŞ-ni münaqişəyə cəlb etmək cəhdlərinin uğursuzluğa məhkum olduğunu deyib. O, İranın müharibə deyil, diplomatiya yolunu üstün tutduğunu və danışıqlara açıq olduğunu bir daha bəyan edib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Venesuelada Nikolas Maduronun siyasi irsi silinir

Aynur Camal

Onlarla plastik pulqabı sahilə vurdu

Aynur Camal

Yatmazdan əvvəl narahatedici fikirlərdən qurtulmağın sadə yolu açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu