Bugun.tv xəbər verir ki, 2026-cı il təqvim baxımından maraqlı bir uyğunluqla yadda qalır. Belə ki, bu il ayın 13-ü üç dəfə cümə gününə düşüb. Sonuncu belə tarix isə noyabrın 13-də qeydə alınıb.
“Mail.ru”nun yaydığı məlumata görə, ilin fevral, mart və noyabr aylarında 13-cü gün cümə gününə təsadüf edib. Bir təqvim ilində üç dəfə belə uyğunluğun yaranması mümkün olan ən yüksək say hesab olunur.
Bu tarix bir çox ölkədə uğursuzluqla əlaqələndirilir. Hətta 13-ü cümə günündən qorxmağın xüsusi elmi adı da var: paraskevidekatriafobiya.
Bu inancın yaranması müxtəlif tarixi və dini rəvayətlərlə əlaqələndirilir. Skandinaviya mifologiyasında Loki ilə bağlı əfsanə, xristian ənənəsində isə İsanın sonuncu şam yeməyi və çarmıxa çəkilməsi ilə bağlı hadisələr bu xurafatın formalaşmasına təsir edən amillər arasında göstərilir.
Bununla belə, 13-ü cümə günü baş verən hadisələrin digər günlərdən daha çox bədbəxtlik gətirdiyini təsdiqləyən elmi sübut yoxdur. Növbəti belə tarix 13 avqust 2027-ci il olacaq.
Mənbə: mail.ru
