Image default
Digər

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Bugun.tv xəbər verir ki, bu gün – 22 iyul Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Bu tarix 1875-ci il iyulun 22-də maarifçi, publisist və ziyalı Həsən bəy Zərdabinin Azərbaycan dilində ilk milli qəzet olan “Əkinçi”ni nəşr etdirməsi ilə bağlıdır.

“Əkinçi” qəzeti” Azərbaycan milli mətbuatının təməlini qoyaraq cəmiyyətin maariflənməsində, milli düşüncənin formalaşmasında və ana dilinin inkişafında mühüm rol oynayıb.

Bu il Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü qeyd edilir. Ötən dövr ərzində ölkə mətbuatı müxtəlif tarixi mərhələlərdən keçərək müasir informasiya məkanının mühüm hissəsinə çevrilib. Bu gün Azərbaycan mediası çap, televiziya, radio və rəqəmsal platformalar vasitəsilə cəmiyyətin operativ, dəqiq və obyektiv informasiya ilə təmin olunmasında əhəmiyyətli rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Milli Mətbuat Günü münasibətilə hər il ölkədə media nümayəndələrinin əməyi yüksək qiymətləndirilir, jurnalistlər təltif olunur və peşə bayramı münasibətilə müxtəlif tədbirlər keçirilir.

Bugun.tv kollektivi də bütün jurnalistləri, redaktorları, foto və video müxbirləri, media sahəsində çalışan hər kəsi 22 İyul – Milli Mətbuat Günü münasibətilə təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar, obyektiv və qərəzsiz fəaliyyət arzulayır.

Aynur Camal

Oxşar xəbərlər

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Milyonlarla arının kütləvi ölümü araşdırılır

Aynur Camal

Merts: Bakıda Rusiya və Almaniya nümayəndələrinin görüşü barədə məlumatım yoxdur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu