Digər

300 min simulyasiya göstərdi: Venera necə “cəhənnəmə” çevrildi

Alimlər Venera planetinin necə yaşanmaz hala gəldiyini müəyyən etmək üçün yüz minlərlə simulyasiya aparıblar.

ABŞ-ın Washington University alimləri planetin 4,5 milyard illik inkişafını modelləşdirərək ümumilikdə 234 minə yaxın ssenarini analiz ediblər. Araşdırmanın məqsədi Veneranın niyə Yerə bənzər başlanğıca baxmayaraq tam fərqli istiqamətdə inkişaf etdiyini anlamaq olub.

Nəticələr göstərib ki, simulyasiyaların cəmi 0,35%-i Veneranın hazırkı vəziyyətini düzgün təsvir edə bilib. Bu modellərə əsasən, planetdə temperatur 400°C-dən yuxarı, atmosfer təzyiqi isə Yerinkindən 90 dəfə çoxdur.

Alimlər bir neçə əsas ssenari müəyyən ediblər. Ən geniş yayılmış versiyaya görə, planetin daxili hissəsi zamanla soyuyub, lakin Yer kürəsindən fərqli olaraq tektonik plitələr hərəkət etməyib. Digər ssenarilərdə isə planetin maqnit sahəsinin zəifləməsi və suyun böyük hissəsinin itirilməsi əsas rol oynayıb.

Maraqlı nəticələrdən biri də odur ki, bütün uğurlu modellərdə Venera daxilində hələ də böyük miqdarda suyun mövcud ola biləcəyi ehtimal edilir. Bu isə planetin geoloji baxımdan hələ də aktiv ola biləcəyini göstərir.

Tədqiqatçılar hesab edir ki, gələcək kosmik missiyalar Veneranın keçmişdə maqnit sahəsinin olub-olmadığını da dəqiqləşdirə bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Paltar qurutmağa görə 1500 avro cərimə tətbiq ediləcək

Aynur Camal

Fransız deputatdan Eurovision boykotu çağırışı: İsrailə görə yayım dayandırılsın

Aynur Camal

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu