Baş xəbərDünya

Üç günlük atəşkəs Rusiyanın Ukraynaya yeni hücum dalğası ilə başa çatdı

Bugun.tv xəbər verir ki, Rusiya ilə Ukrayna arasında elan olunan üç günlük atəşkəsin başa çatmasından dərhal sonra bölgədə yenidən genişmiqyaslı hücumlar başlayıb. Məlumata görə, Rusiya Ukrayna ərazisinə 200-dən çox pilotsuz uçuş aparatı ilə hücum edib.

AFP agentliyinin yaydığı xəbərə əsasən, hücumlar nəticəsində enerji obyektlərinə, yaşayış binalarına və mülki infrastruktura ciddi ziyan dəyib. Hücumlar zamanı ən azı bir nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir.

Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə paylaşdığı açıqlamada Rusiyanın qismən sakitliyə son verdiyini bildirib.

Zelenskinin sözlərinə görə, Dnepr, Jitomir, Nikolayev, Sumı, Xarkov və Çerniqov vilayətləri ilə yanaşı Kiyev və ətraf bölgələr də dron hücumlarına məruz qalıb. O qeyd edib ki, enerji obyektləri, çoxmənzilli yaşayış binaları, uşaq bağçası və dəmir yolu infrastrukturu zədələnib.

Ukrayna lideri həmçinin bildirib ki, ölkəsi Rusiyanın hücumlarına “eyni şəkildə cavab verəcək”.

Zelenski vurğulayıb ki, müharibənin dayandırılması üçün real və davamlı atəşkəsə ilk addımı Rusiya atmalıdır. O, Moskva üzərində beynəlxalq təzyiqin və sanksiyaların davam etdirilməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trump ötən həftə tərəflər arasında üç günlük atəşkəs elan olunduğunu açıqlamışdı. Lakin atəşkəs müddətinin başa çatması ilə döyüşlərin yenidən şiddətləndiyi müşahidə olunur.

Mənbə: TheGuardian

Aynur Camal

Oxşar xəbərlər

İlk dəfə uşağın doğum şəhadətnaməsində üç valideyn göstərildi

Aynur Camal

Həkim xəbərdarlıq etdi: Baş ağrısını özbaşına dərmanla keçirmək təhlükəli ola bilər

Aynur Camal

İran Hörmüz boğazındakı nəzarət zonasını 300 milə qədər genişləndirdiyini açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu