Yaponiya Gifu əyalətinin Anpaçi bölgəsində dünyanın ən qeyri-adi enerji qurğularından biri olan Solar Ark inşa edilib. 315 metr uzunluğu və 37 metr hündürlüyü ilə nəhəng gəmini xatırladır.
Ensonhaber-in məlumatına görə, tikilinin günəşə baxan səthinə 5 min 46 fotovoltaik panel yerləşdirilib. Yapon elektronika istehsalçısı Sanyo tərəfindən hazırlanan sistemin maksimum elektrik istehsal gücü 630 kVt, illik təxmini istehsalı isə 530 min kVt/saatdır.
Solar Ark-ın ən diqqətçəkən xüsusiyyəti ölçüsünə baxmayaraq cəmi 4 böyük kolonla dəstəklənməsidir. Təxminən 3 min ton ağırlığındakı əsas gövdənin yükü bu kolonlar vasitəsilə bünövrəyə ötürülür. Kolonların az olması altında geniş açıq sahə yaradır.
Qurğu yalnız elektrik istehsalı üçün nəzərdə tutulmayıb. Mərkəzində “Solar Lab” adlı muzey fəaliyyət göstərir. Burada ziyarətçilərə günəş işığının elektrik enerjisinə necə çevrildiyi və panellərin iş prinsipi izah olunur. Beləliklə enerji, elm və memarlıq bir layihədə birləşdirilib.

Mənbə: Ensonhaber
