350,000 Yemeni children in besieged Taiz miss out on measles vaccine as war hinders UN access
DünyaSəhiyyə

350 min uşaq qızılca və məxmərək peyvəndindən məhrum oldu

Yəməndə davam edən silahlı münaqişə və təhlükəsizlik problemləri uşaqların tibbi xidmətlərə çıxışını çətinləşdirib. Ölkənin Taiz vilayətində təxminən 350 min uşaq qızılca və məxmərək əleyhinə peyvənd kampaniyasından yararlana bilməyib.

Bugun.tv xəbər verir ki, BMT-nin sözçüsü Stefan Düjarrik bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF uşaqları qorumaq üçün zəruri peyvəndlərə və maliyyə vəsaitinə malikdir. Lakin bölgədəki təhlükəsizlik vəziyyəti tibb işçilərinin Taizdəki uşaqlara çatmasına imkan vermir.

Bundan əlavə, 12 aydan kiçik 30 mindən çox körpənin də adi peyvəndlərini ala bilməmək təhlükəsi var. Halbuki Yəməndə ayın əvvəlində başlayan peyvənd kampaniyası artıq 600 mindən çox uşağı əhatə edib.

Həmçinin BMT-nin məlumatına görə, avqustun əvvəlindən etibarən ölkədə döyüşlər və təhlükəsizlik problemləri səbəbindən 364 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Belə ki, BMT humanitar təşkilatların bölgəyə təhlükəsiz və maneəsiz çıxışının təmin edilməsinə çağırıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, qızılca yüksək yoluxuculuğa malikdir və peyvəndlənmədə yaranan fasilələr xüsusilə köçkün və qidalanma problemi yaşayan uşaqlar arasında xəstəliyin yayılma riskini artırır.

Mənbə: Arab News

Aynur Camal

Oxşar xəbərlər

Nüvə sınaqlarının keçmiş hərbçilərin sağlamlığına təsiri araşdırılacaq

Aynur Camal

Yenə Odesada iki nəfər öldü, Kiyevdə yaralananlar var

Aynur Camal

Tramp: ABŞ-ın İrana qarşı hərbi əməliyyatları yanvarın sonunadək maliyyələşdirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu