Baş xəbərSosial

40-dan çox məktəbdə təhsil dayandırıldı!

Bugun.tv xəbər verir ki, Qərbi Afrika ölkələrindən olan Nigeriyanın Kaduna əyalətində son vaxtlar artan təhlükəsizlik problemləri səbəbindən 40-dan çox məktəbdə təhsil dayandırılıb.

Kaduna Təhsil üzrə Dövlət Katibi İbrahim Bulus yerli mətbuata verdiyi açıqlamada bölgədə, xüsusən də məktəblərdə baş verən son adam oğurluqları səbəbindən valideynlər və şagirdlərin qorxu içində olduğunu bildirib.

Məktəblərin müvəqqəti bağlandığını bildirən Bulus, hökumət problemli bölgələrdə təhlükəsizliyi artırarsa, gələn həftə məktəbləri yenidən aça biləcəklərini deyib.

Qeyd edək ki, bu ay Kaduna əyalətində əksəriyyəti tələbələr olmaqla 300-dən çox insan terror təşkilatları və ya silahlı qruplar tərəfindən qaçırılıb.

Nigeriyada adam oğurluğuna görə cəza ölüm olsa da, fidyə müqabilində belə cinayətlər adi hal sayılır.

Bugün TV

Oxşar xəbərlər

Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik sammitinə ev sahibliyi edir

Aynur Camal

Autizmli uşağa qarşı zorakılıq ciddi nəzarət tələbini gündəmə gətirdi

Elnarə Dərziyeva

Kinorejissor Faiq Nağıyev ARKA-nın fəaliyyətindən narazıdır: “Nə vaxta qədər eyni adamlara vəsait ayrılacaq?”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu