Dünya

40 yaşdan sonra bu qidalardan imtina etmək tövsiyə olunur – dietoloqdan xəbərdarlıq

Dietoloq Mariyat Muxina 40 yaşdan sonra qidalanma vərdişlərinə yenidən baxmağın vacib olduğunu bildirib. Mütəxəssis bu yaşdan sonra bəzi qida və içkilərin rasiondan çıxarılmasını, müəyyən məhsulların isə daha sağlam alternativlərlə əvəzlənməsini tövsiyə edib.

Həkim-dietoloq Mariyat Muxina RT-yə açıqlamasında 40 yaşdan sonra orqanizmdə maddələr mübadiləsinin əvvəlki kimi işləmədiyini və bu səbəbdən qidalanmaya daha ciddi diqqət yetirməyin vacib olduğunu deyib.

Onun sözlərinə görə, bu yaş dövründə maddələr mübadiləsi yavaşlayır, xolesterin mübadiləsində dəyişikliklər baş verir və ürək-damar xəstəlikləri riski arta bilər. Qadınlarda isə 40 yaşdan sonra sümük toxumasının zəifləməsi müşahidə oluna bilər.

Dietoloq düzgün qidalanmanın bu dəyişikliklərin təsirini azaltmağa kömək edə biləcəyini vurğulayıb.

Şəkər və şirin içkilərdən uzaq durmaq lazımdır

Mütəxəssisin fikrincə, ilk növbədə menyudan şəkərli içkiləri və çox miqdarda şəkər ehtiva edən şirniyyatları çıxarmaq lazımdır.

Muxina sürətli karbohidratların gündəlik qəbulunu məhdudlaşdırmağı tövsiyə edib. Onun sözlərinə görə, ağ çörək də rasionda azaldılmalı və mümkün qədər tam taxıllı çörəklə əvəz olunmalıdır.

Fast-food və transyağlardan imtina etmək tövsiyə olunur

Dietoloq 40 yaşdan sonra transyağ tərkibli məhsullardan uzaq durmağın vacib olduğunu bildirib.

Buraya müxtəlif yarımfabrikatlar, bəzi şirniyyat və un məmulatları, çipslər və fast-food məhsulları daxildir. Mütəxəssis bu cür qidaların müntəzəm istehlakının sağlamlıq üçün arzuolunmaz nəticələr yarada biləcəyini qeyd edib.

Yağlı ət və emal olunmuş məhsullar məhdudlaşdırılmalıdır

Muxina yağlı ət və emal olunmuş ət məhsullarının da azaldılmasını məsləhət görüb. Onun sözlərinə görə, bu məhsullarda yüksək miqdarda duz və yağ ola bilər ki, bu da xolesterinlə bağlı problemlər baxımından arzuolunmazdır.

Dietoloq həmçinin duzlu sousların, konservlərin və ketçupun istifadəsini məhdudlaşdırmağı tövsiyə edib.

Qəhvə və alkoqola da diqqət

Mütəxəssis 40 yaşdan sonra qəhvə qəbulunun azaldılmasının, alkoqolun isə mümkün qədər məhdudlaşdırılmasının tərəfdarıdır. Onun sözlərinə görə, alkoqol hormonal sistemə mənfi təsir göstərə və sinir sistemi üçün arzuolunmaz nəticələrə səbəb ola bilər.

40 yaşdan sonra hansı qidalar daha faydalıdır?

Dietoloqun sözlərinə görə, bu yaşdan sonra gündəlik qidalanmanın əsasını balıq, quş əti, tərəvəz, meyvə və paxlalılar təşkil etməlidir.

Bununla yanaşı, artıq çəkiyə yol verməmək və bədən çəkisini nəzarətdə saxlamaq da vacibdir.

Qeyd: Mütəxəssisin tövsiyələri ümumi xarakter daşıyır. Qidalanma rejimi insanın sağlamlıq vəziyyətinə və fərdi ehtiyaclarına uyğun müəyyənləşdirilməlidir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

İngiltərəni isti hava vurdu: İstehsal itkisinə görə 4,4 milyard funt sterlinq zərər

Aynur Camal

Alplərdə 99 illik icarəyə mağara: Zənginlər sərvətlərini yeraltı kassalarda qoruyur

Aynur Camal

Enerji şirkətindən “12 avqust” xəbərdarlığı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu