Ohayo ştatı, qoyunun xilas edilməsi, 14 yaşlı qız, Reyqan Krumpler, Katalena atı, heyvanlara qayğı, könüllülər, maraqlı hadisə
Dünya

45 gündür axtarılan qoyun atın köməyi ilə xilas edildi

Bugun.tv xəbər verir ki, ABŞ-ın Ohayo ştatında 45 gündür sərbəst dolaşan qoyunun xilas edilməsi maraqlı hadisə ilə nəticələnib. Heyvanın təhlükəsiz yerə çatdırılmasına 14 yaşlı Reyqan Krumpler kömək edib.

“People” nəşrinin məlumatına görə, Wadsworth şəhərində bir müddətdir axtarılan qoyunu tutmaq üçün yerli könüllülər və heyvan sığınacağının əməkdaşları səylərini birləşdiriblər. Qoyun dəfələrlə gözdən itərək onu tutmağa çalışanların işini çətinləşdirib.

Reyqan isə atı Katalenanın köməyi ilə heyvanın hərəkət istiqamətini qabaqlayaraq onu təhlükəsiz şəkildə tutmağa nail olub. Qeyd edək ki, Katalena 18 yaşlı atdır.

Heyvanın xilas edilməsində iştirak edənlər uzun müddət davam edən axtarışın uğurla başa çatmasından məmnunluqlarını bildiriblər. Qoyunun bundan sonra lazımi qayğı ilə təmin olunacağı qeyd edilib.

Hadisə sosial şəbəkələrdə də maraq doğurub. İstifadəçilər yeniyetmənin heyvanın xilas edilməsində göstərdiyi köməyi və könüllülərin səylərini müsbət qarşılayıblar.

Mənbə: people.com

Aynur Camal

Oxşar xəbərlər

Bu gün Beynəlxalq Tolerantlıq Günüdür: UNESCO Samoadan olan təşkilatı mükafatlandırır

Aynur Camal

Noyabr səmasında ulduz yağışı: Leonid meteorları görünəcək

Aynur Camal

Ayılar evlərə girməyi öyrənir: mütəxəssis gələn il vəziyyətin çətinləşə biləcəyini deyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu