Maraqlı faktlar

700 il əvvəl insanların qəfil yoxa çıxmasının sirləri açıqlandı

Bugun.tv xəbər verir ki, rusiyalı alimlər Qərbi Sibirdə təxminən 700 il əvvəl əhalinin kəskin azalmasının mümkün səbəbini müəyyən ediblər. Araşdırmanın nəticələri Catena elmi jurnalında dərc olunub.

Novosibirsk Dövlət Universitetinin alimləri digər tədqiqatçılarla birlikdə Qərbi Sibirin tayqa zonasındakı torpaq nümunələrini araşdırıblar. Onlar torpaqda qalmış kömür qalıqlarını təhlil edərək bölgədə baş vermiş yanğınların tarixini bərpa ediblər.

Tədqiqat zamanı məlum olub ki, XII əsrdən sonra torpaqda kömür qalıqlarının miqdarı kəskin şəkildə azalıb və uzun müddət əvvəlki səviyyəsinə qayıtmayıb. Alimlər hesab edirlər ki, bu, bölgədə insanların sayının sürətlə azalmasına işarə edir. Çünki həmin dövrdə yanğınların əhəmiyyətli hissəsinin insan fəaliyyəti ilə əlaqəli olduğu ehtimal olunur.

Araşdırmanın müəlliflərindən biri, dosent Pyotr Menşanov bildirib ki, ilkin ehtimallardan biri bu dəyişikliklərin monqol yürüşləri ilə bağlı olması idi. Lakin alimlərin fikrincə, meşə və bataqlıqlarda yaşayan əhalinin tamamilə məhv edilməsi çətin görünür.

Tədqiqatçılar daha inandırıcı versiya kimi XIV əsrin ortalarında Avrasiyada geniş yayılmış taun pandemiyasını göstərirlər. Onların qənaətincə, Monqol imperiyası dövründə ticarət yollarının inkişafı xəstəliyin sürətlə yayılmasına şərait yaradıb və epidemiya Sibirdə də əhalinin kütləvi şəkildə məhv olmasına səbəb olub.

Alimlər vurğulayırlar ki, bataqlıq torpaqlarında qorunub qalan kömür izləri regionun tarixində baş vermiş bu böyük demoqrafik fəlakətin mühüm sübutlarından biri hesab oluna bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın ən hündür lifti cəmi 88 saniyəyə zirvəyə çatdırır

Aynur Camal

Dünyanın ən bahalı məktubu 5 milyon dollardan çox qiymətləndirilir – səbəb isə içində yazılanlar deyil

Aynur Camal

Ölümdən dönənlərdə nələr aşkarlandı? – ARAŞDIRMA

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu