Baş xəbərİqtisadiyyat

Vüqar Bayramov: Azərbaycan-Aİ münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıda keçirilən görüşünü və birgə bəyanatlarını şərh edib.

Deputat sosial media hesabında bildirib ki, Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər mühüm inkişaf mərhələsinə daxil olub.

Vüqar Bayramov qeyd edib ki, Avropa İttifaqı uzun illərdir Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanın 43 milyard 830 milyon dollarlıq xarici ticarət dövriyyəsinin 42 faizindən çoxu, ümumi ixracının isə 69 faizi Avropa İttifaqının payına düşüb.

Deputat vurğulayıb ki, Azərbaycanın təbii qaz ixrac etdiyi 10 Avropa İttifaqı ölkəsi enerji əməkdaşlığının genişləndiyini göstərir. O bildirib ki, son beş ildə Avropaya təxminən 60 milyard kubmetr təbii qaz ixrac olunub və Azərbaycan artıq Avropa İttifaqına qaz ixrac edən ilk beş ölkə sırasında yer alır.

Bayramovun sözlərinə görə, növbəti mərhələdə Azərbaycanın bərpa olunan enerji resurslarından istehsal olunan “yaşıl enerji”nin də Avropa bazarına çıxarılması planlaşdırılır. O qeyd edib ki, Gürcüstan və Qara dəniz marşrutu vasitəsilə bu ixracın 2027-ci ildən sonra başlaması gözlənilir.

Deputat həmçinin Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında mühüm nəqliyyat və logistika körpüsünə çevrildiyini vurğulayaraq, regional dəhlizlərin, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin yükdaşımaların həcminə müsbət təsir göstərəcəyini bildirib.

Vüqar Bayramov hesab edir ki, Bakıda keçirilən son görüş və aparılan müzakirələr Azərbaycanın geosiyasi mövqeyinin daha da gücləndiyini və regionda formalaşan yeni əməkdaşlıq mühitinin ölkə üçün mühüm imkanlar yaratdığını göstərir.

Aynur Camal

Oxşar xəbərlər

Yazgül Abdiyeva: Yeni dərs vəsaiti oftalmologiya sahəsində mütəxəssislər üçün faydalı mənbə olacaq

Aynur Camal

Azərbaycan Polisinin 108 illiyi qeyd olundu

Aynur Camal

Dünyanın ən bahalı məktubu 5 milyon dollardan çox qiymətləndirilir – səbəb isə içində yazılanlar deyil

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu