25 C
Baku
27 İyul 2024, 3:49
Dünya

9 yaşlı Lüsi dünyaya müraciət etdi

9 yaşlı Lüsi dünyaya müraciət edib: Qəzzada uşaqların sülh içində yaşamaq hüququ yoxdurmu?

Qəzzədə 7 aydır bombalar altında yaşayan 9 yaşlı fələstinli qız dünyaya müraciət edərək bu sualı verib: Qəzzada uşaqların sülh içində yaşamağa haqqı yoxdurmu?

7 aydır İsrailin hücumları altında olan Qəzzada 15 minə yaxın uşaq həyatını itirib. Ölənlərin sayının 35 minə çatdığı Qəzzada ən çox uşaqlar əziyyət çəkir.

Getməyə yeri olmayan fələstinli 9 yaşlı Luci və ailəsi Qəzzanın mərkəzi hissələrində qurduqları müvəqqəti çadırda həyata tutunmağa çalışırlar.

İsrailin hücumlarında yaxınlarını və dostlarını itirməyin şokundan çıxa bilməyən kiçik qız bomba səsləri altında yaşamaqdan, ailəsini itirməkdən qorxduğunu dilə gətirir.

Kiçik fələstinli qız döyüş təyyarələrinin səslərindən uzaq, təhlükəsiz yaşamaq istədiyini bildirib. Luci, “Niyə biz dünyanın digər uşaqları kimi sülh və əmin-amanlıq içində yaşaya bilmirik? Qəzzada olan uşaqların sülh və ləyaqət içində yaşamaq haqqı yoxdurmu?” deyərək reaksiyasını bildirib.

Bir gün çadırda yaşayacağını heç düşünmədiyini ifadə edən Luci, “İsrail gözəl xatirələr və gəlinciklərlə dolu evimizi yıxdı. Dostlarım və qohumlarım şəhid oldu. Hücumlar səbəbilə oyuncaqlarımı, xatirələrimi geridə qoyduq və başqa yerə sığındım, müharibənin bitməsini istəyirəm” deyib.

Fələstinli qız, xatirələrini və oyuncaqlarını Qəzza şəhərində qoyub təhlükəsiz yer axtarmaq üçün Qəzzanın mərkəzi hissələrinə doğru köç etdiklərini izah edib.

Davamlı bombardmanlara görə qorxduğunu bildirən Lusi:

“Müharibədən çox qorxuram. Hücumlarda dostlarım şəhid oldu. Xalam qızı şəhid oldu. Bibilərim, nənəm, əmilərim şəhid oldu. Ölmək istəmirəm. Özümü və ailəmi qorumaq istəyirəm. Heç bir şey yoxdur. Buradan uzaqlaşmaq, ölüm, dağıntı və qan görüntüsü olmayan bir yerə getmək istəyirəm.”

Fuci hücumların bir an əvvəl bitməsini və normal həyatına dönməsini istədiyini bildirib.

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrailin davam edən hücumları nəticəsində Qəzza zolağında uşaqların “dağıdıcı səviyyədə” stress də daxil olmaqla psixoloji zədələndiyi barədə xəbərdarlıq edib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

General-polkovnik Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşdü

Bugün TV

Qaradərili yeniyetmənin ailəsinə 2 milyon dollar təzminat ödənildi

Aynur Camal

 NATO-Ukrayna Şurası xarici işlər nazirləri səviyyəsində toplanıb

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu