6 C
Baku
24 Fevral 2026, 22:12
Baş xəbərDünya

İsrailin şimalına raketlər yağdırıldı! Çoxlu yaralı var

İsrailin şimalındakı Qaliley bölgəsinə raket hücumu həyata keçirilib. Hücum nəticəsində çoxlu sayda yaralının olduğu bildirilir. İsrail ordusu verdiyi yazılı açıqlamada, Livandan atıldığı düşünülən raketlərə görə Qaliley bölgəsində sirenlərin çalındığını bildirib.

Bölgəyə 30-a yaxın raket atıldığı və onların bir hissəsinin hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyi bildirilib.

Yerli KİV-lər bildiriblər ki, raketlərdən biri israilli fələstinlilərin cəmləşdiyi Şaab Kəbas yaxınlığındakı kənd təsərrüfatı ərazilərinə düşüb.

Hücum nəticəsində biri ağır olmaqla 9 nəfərin yaralandığı bildirilib. Ötən gün İsrailin şimalına atılan raket hücumlarında 4-ü əcnəbi kənd təsərrüfatı işçisi olmaqla 7 nəfər ölüb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Bəzi universitetlər ilin sonunadək distant təhsilə keçdi

Aynur Camal

Medvedev: Ukraynaya nüvə bombası verilməsi üçüncü dünya müharibəsinə aparır

Aynur Camal

Bondi Beach qırğınından sonra antisemitizmə qarşı geniş ictimai sorğu başlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu