Baş xəbərDünya

İsrailin şimalına raketlər yağdırıldı! Çoxlu yaralı var

İsrailin şimalındakı Qaliley bölgəsinə raket hücumu həyata keçirilib. Hücum nəticəsində çoxlu sayda yaralının olduğu bildirilir. İsrail ordusu verdiyi yazılı açıqlamada, Livandan atıldığı düşünülən raketlərə görə Qaliley bölgəsində sirenlərin çalındığını bildirib.

Bölgəyə 30-a yaxın raket atıldığı və onların bir hissəsinin hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyi bildirilib.

Yerli KİV-lər bildiriblər ki, raketlərdən biri israilli fələstinlilərin cəmləşdiyi Şaab Kəbas yaxınlığındakı kənd təsərrüfatı ərazilərinə düşüb.

Hücum nəticəsində biri ağır olmaqla 9 nəfərin yaralandığı bildirilib. Ötən gün İsrailin şimalına atılan raket hücumlarında 4-ü əcnəbi kənd təsərrüfatı işçisi olmaqla 7 nəfər ölüb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

ENHYPEN üzvü NI-KI yapon pərəstişkarın faciəvi ölümündən sonra sərt tənqidlərlə üzləşdi

Bugün TV

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu