Baş xəbərSəhiyyə

Alimlər yaşlandıqca dərinin niyə qırışdığını açıqladılar

Nyu-Yorkdakı Binghamton Universitetinin alimləri dərinin yaşlandıqca qırışmasının mexanizmini izah edən yeni araşdırma aparıblar. 16-91 yaş arası şəxslərdən götürülmüş dəri nümunələri üzərində aparılan təcrübələr nəticəsində məlum olub ki, dərinin bir istiqamətdə təkrar dartılması və boşalması toxumanı gərginləşdirərək qırışların yaranmasına səbəb olur.

Bugun.tv “sciencealert.com” saytına istinadla xəbər verir ki, tədqiqatda aşağı qüvvəli “tensometr” adlı cihazdan istifadə edilib. Bu cihaz gündəlik həyatdakı mexaniki təsirləri təqlid edərək dərinin uzanmasına və büzülməsinə səbəb olub. Mikroskopik müşahidələr göstərib ki, yaş artdıqca dəridəki büzülmə hərəkətləri güclənir və qırışlar daha asan formalaşır. Araşdırma nəticəsində məlum olub ki, dərinin xarici təbəqəsi (stratum corneum) zamanla sərtləşir, alt təbəqədə isə kollagen sıxlığı azalır və yumşalma baş verir. Bundan başqa, dəri həcmini itirərək daha çox daralır ki, bu da qırışların dərinləşməsinə gətirib çıxarır. Bu xüsusiyyət “poroelastiklik” kimi tanınır və ilk dəfə olaraq qeydə alınıb.

Alimlər bildirirlər ki, bu nəticələr yalnız qırışların səbəblərini anlamağa deyil, həm də dəri xəstəliklərinin müalicəsində və qocalma əleyhinə məhsulların effektivliyinin qiymətləndirilməsində faydalı ola bilər. Bundan əlavə, günəşin ultrabənövşəyi radiasiyasının təsiri də qocalmanı sürətləndirir. Ona görə də mütəxəssislər günəşdən qoruyucu vasitələrin istifadəsini tövsiyə edirlər.

Mənbə: AZƏRTAC
Bugün TV

Oxşar xəbərlər

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Azərbaycan Türkiyəyə həmrəylik mesajı yayımladı

Aynur Camal

Ömrü uzatmaq üçün gündə neçə dəqiqə hərəkət kifayətdir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu