6 C
Baku
22 Fevral 2026, 21:22
Baş xəbər

Sabah Füzuli şəhəri günü qeyd olunacaq

Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında paylaşımında bildirib ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub.

O qeyd edib ki, 1827-ci ildə əsası qoyulmuş Füzuli Azərbaycan iqtisadiyyatında və xüsusi ilə kənd təsərrüfatı məhsullarının istehsalında xüsusi paya malik olan rayonlarımızdan olub. 1993-cü il Ermənistan işğalı nəticəsində rayon ərazisinin çox hissəsi tamamilə dağıdılmış və ciddi ziyan dəymişdir.

Füzuli rayonunun böyük hissəsinin işğal edilməsi nəticəsində 83 min 544 dinc sakin didərgin salındı. İşğal nəticəsində Füzuli rayonuna 4 milyard manata yaxın ziyan dəymişdir. Bütövlükdə, dövlət mülkiyyətində olmuş 22 min 635 əmlak tamamilə məhv edilmişdir. 27 illik işğala məruz qalan Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb.

2020-ci ilin oktyabrın 17-də işğaldan azad olunan Füzuli şəhəri Prezident İlham Əliyevin tapşırığına əsasən yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. Füzuli şəhərində artıq 3500-dən çox keçmiş məcburi köçkün məskunlaşıb. Rayonun digər yaşayış məntəqələrinin bərpası istiqamətində işlər sürətlənib. Kifayət qədər böyük iqtisadi potensialı olan Füzuli rayonu Qarabağ iqtisadiyyatının formalaşmasına və re-inteqrasiyasına xüsusi töhvə verəcək. Bu Füzuli üçün yeni bir inkişaf səhifəsinin açılması deməkdir.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Qətər və Səudiyyə Ərəbistanı ilə kənd təsərrüfatı ixracını genişləndirməyi planlaşdırır

Aynur Camal

Beynəlxalq Ana Dili Günü: Dilimizi qoruyaq, kimliyimizi yaşadaq

Aynur Camal

Azərbaycan milli markaları Dubay 2026 sərgisində təqdim olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu