Dünya

“Gecə quşları”nda ürək-damar xəstəlikləri riski daha yüksək ola bilər

Gec yatmaq və qeyri-müntəzəm yuxu rejimi infarkt və insult riskinin artması ilə əlaqələndirilir. Bu qənaətə tədqiqatçılar Böyük Britaniyanın UK Biobank bazasından 300 mindən çox yetkin şəxsin məlumatlarını təhlil etdikdən sonra gəliblər. Araşdırmanın nəticələri Amerika Kardiologiya Assosiasiyasının jurnalında dərc olunub.

Tədqiqat iştirakçılarının orta yaşı 57 olub. Onların təxminən 8 faizi özünü “gecə quşu”, yəni gec saatlarda yatıb gec aktiv olan insanlar kimi qiymətləndirib. 24 faiz “səhər insanı”, qalan 68 faiz isə aydın xronotipə malik olmayıb.

Ürək-damar sağlamlığı qidalanma, fiziki aktivlik, siqaret çəkmə, yuxu, bədən çəkisi, xolesterin, qan şəkəri və arterial təzyiq daxil olmaqla 8 göstərici üzrə qiymətləndirilib. Nəticələrə görə, “gecə quşları”nda zəif ürək-damar sağlamlığı göstəriciləri digərlərinə nisbətən 79 faiz daha çox müşahidə olunub. 14 illik müşahidə dövründə infarkt və ya insult riski isə 16 faiz yüksək olub. Bu əlaqə qadınlarda kişilərlə müqayisədə daha güclü özünü göstərib.

Alimlər bildirirlər ki, artmış riskin böyük hissəsi birbaşa xronotiplə deyil, həyat tərzi ilə bağlıdır. “Gecə insanları” daha çox siqaret çəkir, daha pis yatır və gündəlik rejimə daha az əməl edirlər. Tədqiqatın aparıcı müəllifi, Harvard Tibb Məktəbinin nümayəndəsi Sina Kiyanersi qeyd edib ki, bu şəxslərdə sirkadiyan ritmlər tez-tez pozulur və daxili bioloji saatlar gecə-gündüz dövrü ilə uyğunlaşmır.

Mütəxəssislər vurğulayırlar ki, risk faktorlarının əksəriyyəti dəyişdirilə bilər. Axşam xronotipi anadangəlmə zəiflik demək deyil, lakin yuxuya daha ciddi nəzarət, nikotindən imtina və stabil gündəlik rejim tələb edir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu