6 C
Baku
25 Fevral 2026, 2:45
Səhiyyə

Alimlər: Yeməyə çox duz əlavə etmək depressiya riskini artırır

Çinli alimlər sübut ediblər ki, yeməyə tez-tez duz əlavə edən şəxslərdə depressiya simptomları daha yüksək olur. Araşdırmaya 2007–2018-ci illərdə ABŞ-da keçirilən Milli Sağlamlıq və Qidalanma Sorğusuna qatılmış 15 mindən çox yetkin insanın məlumatları daxil edilib.

Tədqiqatçılar iştirakçılardan yeməyə duz əlavə etmə tezliyini soruşub və depressiya simptomlarını ölçmək üçün psixoloji sorğu keçiriblər. Analiz göstərib ki, yeməyə çox duz əlavə edənlərdə depressiya əlamətləri daha çoxdur.

Genetik məlumatlar da təhlil olunub. UK Biobank məlumatları əsasında müəyyən edilib ki, duza meylli genetik xüsusiyyət depressiya riskini artırır: depressiya simptomlarının riski 11%, kliniki depressiyanın riski isə 28% yüksəlir.

Alimlər bildirir ki, artıq natrium bədənin stresə cavab mexanizmini poza, stress hormonlarının həddən artıq istehsalına səbəb ola və beyin strukturlarına ziyan vura bilər. Bu da emosiyaların tənzimlənməsini çətinləşdirir.

Eyni zamanda qeyd olunur ki, tədqiqatın nəticələri ABŞ iştirakçıları əsasında aparılıb və digər populyasiyalara birbaşa aid edilə bilməz. Daha dəqiq nəticələr üçün duz istehlakının dəqiq ölçüldüyü nəzarətli eksperimentlər tələb olunur.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Həkim izah etdi: Pəhrizlər niyə piylənmə zamanı effekt vermir?

Aynur Camal

Qlobal qidalanma və sağlamlıq üçün 2026-cı ilin önəmli trendləri açıqlanıb

Aynur Camal

E vitamini ilə zəngin 7 məhsul — sağlamlığa faydaları ilə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu