Nazir Allahverdi, tibb eksperti, radioloq-həkim, icbari tibbi sığorta, özəl tibb müəssisələri, tibbi xidmət, həkimlər, səhiyyə sistemi
Səhiyyə

Nazir Allahverdi: Həkimlərə işləmək üçün normal və ədalətli sistem lazımdır

Tibb eksperti, radioloq-həkim Nazir Allahverdi yeni sistem yaradılmasının zəruriliyi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Bugun.Tv xəbər verir ki, Nazir Allahverdi özəl tibb müəssisələrində çalışan həkimlərin üzləşdiyi problemlərdən danışıb.

O qeyd edib ki, həkimlər pasiyentə xidmət göstərmək üçün reklam yarışına qoşulmaq məcburiyyətində qalmamalıdır:

“Biz özəldə çalışan həkimlər olaraq nə edək? Instagram-da pullu reklam verək? TikTok-da hər gün şou göstərək? Özümüzü reklam edib pasiyent axtaraq? Bəs biz bu məmləkətin həkimləri deyilik?

Artıq təxminən 6 aydır özəl tibb müəssisələrinə icbari tibbi sığorta ilə pasiyent göndərişləri dayandırılıb. Dövlət müəssisələrində isə hər yerdə müasir avadanlıq və bütün xidmətləri yüksək səviyyədə göstərmək imkanı yoxdur.

Onda pasiyent nə etməlidir? Həkim nə etməlidir?

İllərlə oxuyan, təcrübə toplayan, öz sahəsində inkişaf edən həkim indi özünü TikTok-da necə daha yaxşı göstərəcəyini düşünməlidir?

Mən reklamın əleyhinə deyiləm. Amma həkimliyin reklam yarışına çevrilməsinin əleyhinəyəm.

Biz pasiyent üçün işləmək, tibbi xidmət göstərmək istəyirik. Bunun üçün normal və ədalətli sistem lazımdır. Biz bu ölkənin həkimləriyik. Bizə də işləmək üçün şərait lazımdır”.

Aynur Camal

Oxşar xəbərlər

Müxtəlif qəhvə növlərinin faydası və zərəri açıqlanıb

Aynur Camal

Gündə beş porsiya meyvə və tərəvəz yeyən insanların səhvi açıqlandı

Aynur Camal

40 yaşdan sonra dəriyə qulluq üçün 7 gözəllik cihazı açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu