14 C
Baku
21 Mart 2026, 12:30
Dünya

Aşağı kalorili dietlər niyə əksinə çəki artımına səbəb olur? – Mütəxəssis izah edir

Aşağı kalorili pəhrizlərin bəzən gözlənilən nəticəni verməməsi, əksinə çəki artımına səbəb olması metabolizmlə bağlıdır.

Məlumata görə, kəskin şəkildə gündəlik kalori qəbulunun azaldılması orqanizmdə müdafiə mexanizmini işə salır. Həkim-preventoloq Yuliya Smirnova bildirib ki, bir çox insan arıqlamaq məqsədilə gündəlik qida qəbulunu 1000 kilokaloriyə qədər azaldır, lakin nəticədə daha sürətlə kökəlməyə başlayır.

Onun sözlərinə görə, hər bir insanın “bazal metabolizm” səviyyəsi var. Bu, orqanizmin normal fəaliyyətini təmin etmək üçün lazım olan minimum enerji miqdarıdır. Əgər qəbul edilən kalori bu səviyyədən aşağı düşərsə, bədən enerji çatışmazlığı ilə üzləşir və metabolizm yavaşlayır.

Bu zaman qəbul edilən qidalar daha çox yağ şəklində yığılmağa başlayır. Çünki orqanizm bunu gələcəkdə mümkün “aclıq” vəziyyətinə qarşı ehtiyat kimi saxlayır.

Mütəxəssis qeyd edir ki, düzgün yanaşma bazal metabolizm səviyyəsinə əlavə olaraq gündəlik 200–300 kilokalori qəbul etməkdir. Bununla yanaşı, qidalanmanın keyfiyyəti də vacibdir. Fastfud, şirin içkilər və zərərli qidalardan uzaq durmaq tövsiyə olunur.

Sonda vurğulanır ki, balanslı və sağlam qidalanma zamanı artıq çəki yığmaq ehtimalı xeyli azalır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Dünyada 2,1 milyard insan təhlükəsiz içməli suya çıxış əldə edə bilmir

Aynur Camal

Aİ Rusiya neftindən imtinanı təxirə sala bilər – səbəb Yaxın Şərqdə gərginlik

Aynur Camal

Xamenei: ABŞ və İsrail İranda hakimiyyətin devriləcəyini düşünməklə səhv edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu