19 C
Baku
1 Aprel 2026, 17:32
Digər

Vitamin D ilə bağlı “yüksək doza” mifi təkzib olundu

Mütəxəssislərin məlumatına əsasən, vitamin D-nin yüksək dozada qəbulunun zəruri olması ilə bağlı yayılmış fikir həqiqəti əks etdirmir.

Endokrinoloq Natalia Tananakina bildirib ki, bir çoxlarının düşündüyü kimi gündəlik 2000–4000 beynəlxalq vahid (BV) vitamin D qəbul etmək profilaktika üçün vacib deyil. Onun sözlərinə görə, sağlam böyüklər üçün gündəlik profilaktik doza 600–800 BV təşkil edir.

Mütəxəssis qeyd edib ki, Vitamin D orqanizmdə kalsium və fosforun mənimsənilməsində mühüm rol oynayır, sümük sağlamlığını qoruyur, immun sistemini dəstəkləyir və iltihab əleyhinə təsir göstərir.

Bildirilib ki, xüsusilə payız-qış və yaz aylarında günəş şüalarının az olduğu dövrdə vitamin D çatışmazlığı daha çox müşahidə olunur. Bu isə osteoporoz, əzələ zəifliyi, depressiya və ürək-damar xəstəlikləri riskini artıra bilər.

Həkim vurğulayıb ki, yüksək dozalar yalnız çatışmazlıq təsdiqləndikdə və həkim nəzarəti altında qəbul edilməlidir. Əks halda, artıq doza orqanizmdə yığılıb ciddi fəsadlara səbəb ola bilər.

Qeyd olunub ki, vitamin D yağda həll olunan vitamin olduğu üçün artıq miqdarı bədəndən asanlıqla xaric olunmur və bu da hipervitaminoz riskini artırır. Bu vəziyyət ürək ritm pozuntuları, böyrək problemləri və digər ağır fəsadlara yol aça bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Starmer: İran müharibəsi Böyük Britaniyanı Aİ ilə daha sıx əməkdaşlığa yönəldir

Aynur Camal

Makron Avropanın “proqnozlu və sabit” siyasətini müdafiə edib, Trampı dolayısı ilə tənqid edib

Aynur Camal

Rusiya Ay səthində tədqiqat və “skan” işlərinə başlayacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu