13 C
Baku
10 Aprel 2026, 12:27
Digər

Yunanıstan 15 yaşdan aşağı uşaqlara sosial medianı qadağan edir

Yunanıstanda 15 yaşdan aşağı uşaqlar üçün sosial mediaya giriş qadağan ediləcək.

Məlumata görə, ölkənin Baş naziri Kiriakos Mitsotakis bildirib ki, yeni qayda 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək.

Qərarın əsas səbəbi kimi uşaqlar arasında artan narahatlıq pozuntuları, yuxu problemləri və sosial şəbəkə asılılığı göstərilir. Baş nazir qeyd edib ki, bu addım çətin olsa da, zəruridir.

Mitsotakis vurğulayıb ki, məqsəd yalnız ölkə daxilində deyil, həm də Avropa İttifaqı səviyyəsində oxşar təşəbbüslərin təşviq olunmasıdır.

O, uşaqlara müraciətində bildirib ki, bu qərar ilk baxışda narazılıq doğura bilər, lakin gələcəkdə onun müsbət təsirləri daha aydın görünəcək.

Həmçinin qeyd olunub ki, qərarın qəbulunda kiberzorakılıq hallarının artması da mühüm rol oynayıb. Statistikaya görə, ölkədə fəaliyyət göstərən yardım mərkəzinə müraciət edənlərin 70 faizini ibtidai sinif yaşında olan uşaqlar təşkil edir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Sağlam bel üçün ən yaxşı “dərman”: 5 effektiv məşq

Aynur Camal

Həkimdən məsləhət: Hansı yorğan altında yatmaq çətinləşir?

Aynur Camal

Araşdırma: Pişiklər də eyni yeməkdən bezir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu