Digər

Həkim qadınların daha uzun yaşamasını qab yumaqla əlaqələndirdi

Rusiyalı həkim Andrey Tyazhelnikov qadınların kişilərlə müqayisədə daha uzun ömür sürməsinin səbəblərindən biri kimi gündəlik fiziki aktivliyi göstərib.

Onun sözlərinə görə, kişilər adətən yeməkdən sonra istirahətə üstünlük verdiyi halda, qadınlar ev işləri ilə məşğul olur, xüsusilə qab yumaq kimi fəaliyyətlər fiziki hərəkətliliyi artırır.

Mütəxəssis bildirib ki, qida qəbulundan sonra müəyyən fiziki aktivlik vacibdir. Bu, qəbul edilən kalorilərin daha effektiv şəkildə sərf olunmasına və orqanizmdə maddələr mübadiləsinin yaxşılaşmasına kömək edir.

Həkim həmçinin gündəlik rasionla bağlı tövsiyələr də verib. Onun fikrincə, gündə ən azı 400 qram meyvə və tərəvəz istehlak etmək sağlam həyat tərzinin əsas şərtlərindən biridir.

Axşam saatlarında yeməkdən imtina ilə bağlı yayılan fikirlərə də münasibət bildirən Tyajelnikov qeyd edib ki, əsas məsələ yeməkdən dərhal sonra uzanmamaqdır.

Ekspert vurğulayıb ki, balanslı qidalanma və aktiv həyat tərzi uzunömürlülüyün əsas amilləri hesab olunur.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Meloni Ukrayna üzrə danışıqlarda üç ölkədən ibarət formatı istisna etmədi

Aynur Camal

Payızda dəri niyə quruyur? Dermatoloqların tövsiyələri

Aynur Camal

Payızda evi havalandırmaq niyə vacibdir? Kif yaranmasının qarşısını necə almaq olar?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu