Dietoloq səhərlər enerjini artırmaq üçün qəhvəyə alternativ qidalanma üsullarını açıqlayıb.
Məlumata görə, mütəxəssis bildirib ki, səhər saatlarında enerji səviyyəsini qısa müddətlik artıran kofe əvəzinə zülalla zəngin qidaların qəbul edilməsi daha effektivdir.
Dietoloqun sözlərinə görə, səhər yeməyində yumurta, pendirli tam taxıllı çörək, balıq və avokado kimi məhsullara üstünlük verilməlidir. Bu qidalar orqanizmdə enerjinin daha stabil şəkildə yaranmasına kömək edir və gün ərzində yorğunluğun qarşısını alır.
Mütəxəssis qeyd edib ki, B qrupu vitaminləri xüsusilə sinir sisteminin fəaliyyəti və enerji istehsalında mühüm rol oynayır. Balıq və tam taxıllı məhsullar bu vitaminlərlə zəngindir və diqqəti artırmağa, iş qabiliyyətini yüksəltməyə kömək edir.
Həmçinin vurğulanıb ki, avokado və balıqda olan sağlam yağlar enerjinin bərabər şəkildə orqanizmə yayılmasını təmin edir, qan şəkərində kəskin dəyişikliklərin qarşısını alır və toxluq hissini uzadır.
Dietoloq əlavə edib ki, səhər yeməyinə təzə tərəvəz və göyərti əlavə etmək qidanın balansını artırır və orqanizmi artıq yüklənmədən qoruyur.
Mənbə: mail.ru
