Digər

Plovla hansı yeməyi birlikdə yemək olmaz? Hepatoloqdan xəbərdarlıq

Plov yüksək kalorili və yağlı yemək olduğu üçün onunla bəzi qidaların birlikdə qəbulu sağlamlıq üçün zərərli ola bilər.

Həkim-hepatoloq Tatyana Vasilyeva “RIA Novosti”yə müsahibəsində bildirib ki, plovla birlikdə mayonezlə hazırlanmış salatların yeyilməsi tövsiyə edilmir. Onun sözlərinə görə, plovun tərkibində onsuz da kifayət qədər yağ (quyruq yağı və bitki yağı) mövcuddur və bu səbəbdən əlavə olaraq ağır souslar orqanizmə artıq yük yaradır.

Mütəxəssis qeyd edib ki, mayonezli salatlar kalorini daha da artırır və bu da xüsusilə qaraciyər və mədəaltı vəzə düşən yükü kəskin şəkildə çoxaldır.

Ənənəvi olaraq plov yüngül tərəvəzlərlə birlikdə təqdim olunmalıdır. Xüsusilə pomidor əsaslı “çoban” salatı, yaşıl çay və sadə çörək plovla uyğun hesab olunur.

Qeyd edək ki, Özbəkistanda plov əsas milli yeməklərdən biridir və adətən ailə məclislərində günün birinci yarısında təqdim edilir. Restoranlarda isə bu yeməyi günün istənilən saatında sifariş etmək mümkündür.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu