13 C
Baku
22 Aprel 2026, 14:06
Digər

Yunanıstanda İsrailə qarşı etirazlar artır

Hakan Fidanın Antalya Diplomatiya Forumu çərçivəsində verdiyi açıqlamalardan sonra Yunanıstanda İsrailə qarşı tənqidlər güclənib.

Fidan İsrailin Yunanıstan və Cənubi Kipr Rum Administrasiyası ilə formalaşdırdığı ittifaq barədə danışmış və bunu İslam əleyhinə əməkdaşlıq kimi qiymətləndirmişdi. Bu açıqlamalar Yunanıstan ictimaiyyətində geniş rezonans doğurub.

Yunan mediasında Atinanın İsrail siyasəti ciddi şəkildə tənqid olunur. Xüsusilə Ta Nea qəzetində dərc olunan məqalədə İsraillə hərbi əməkdaşlığın uzunmüddətli perspektivdə Yunanıstan üçün risklər yaratdığı vurğulanıb.

Məqalədə qeyd olunur ki, İsrailin müharibə cinayətləri törətməsi ilə bağlı iddialar bu ölkə ilə əməkdaşlığı daha da riskli edir. Həmçinin xatırladılır ki, Avropa Birliyi daxilində bəzi ölkələr artıq İsraillə bağladıqları razılaşmaları dayandırmağa başlayıb.

Yunanıstanın müxalif siyasi qüvvələri də bu məsələdə sərt mövqe sərgiləyir. SYRIZA və Yeni Sol partiyalarının liderləri Aİ-nin İsraillə tərəfdaşlıq sazişini ləğv etməsi çağırışını dəstəkləyiblər. Onlar İsraili “terror dövləti” kimi xarakterizə edərək, bu ölkə ilə bütün ticarət əlaqələrinin dayandırılmasını tələb ediblər.

Digər tərəfdən, Efimerida ton Syntakton qəzeti dərc etdiyi yazıda Yunanıstan hökumətini sərt tənqid edərək, “Soyqırım törədən bir ölkə ilə necə ittifaq qurmaq olar?” sualını gündəmə gətirib.

Baş verənlər Yunanıstanda İsraillə münasibətlərin getdikcə daha çox müzakirə mövzusuna çevrildiyini göstərir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Smartfonlar və tibbi avadanlıqlar üçün virusları məhv edən xüsusi plyonka hazırlandı

Aynur Camal

İran qüvvələri Oman dənizində konteyner gəmisinə atəş açdı

Aynur Camal

Kurskda yaşayış binası yaxınlığına pilotsuz uçuş aparatı düşdü, təxliyə aparıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu