13 C
Baku
22 Aprel 2026, 12:16
Digər

Aİ Türkiyə ilə bağlı açıqlamada geri addım atdı: “Təsirini nəzərə alırıq”

Avropa Birliyi Türkiyə ilə bağlı səsləndirilən mübahisəli fikirlərdən sonra geri addım atıb. Ursula von der Leyen-in Türkiyəni “rəqib təsirlər” kontekstində qeyd etməsi diplomatik narazılıq doğurduqdan sonra Brüssel yeni izahat vermək məcburiyyətində qalıb.

Aİ Komissiyasının sözçüsü Paula Pinho açıqlamasında bildirib ki, von der Leyen-in sözləri kontekstdən çıxarılıb. Onun sözlərinə görə, Türkiyə regionda mühüm rol oynayan namizəd ölkədir və bu təsir Aİ tərəfindən nəzərə alınır.

Pinho qeyd edib ki, Türkiyəyə edilən istinad əslində Qərbi Balkanlar kontekstində səsləndirilib və məqsəd ölkəni digər dövlətlərlə müqayisə etmək olmayıb. Bununla yanaşı vurğulanıb ki, Türkiyədən Aİ dəyərlərinə uyğun hərəkət etməsi gözlənilir.

Bundan əvvəl Ursula von der Leyen Almaniyanın Die Zeit qəzetinin tədbirində çıxışı zamanı Avropanın “Rusiya, Türkiyə və ya Çin təsirinə düşməməsi” lazım olduğunu demişdi. Bu ifadələr həm Aİ daxilində, həm də diplomatik çevrələrdə geniş müzakirələrə səbəb olmuşdu.

Son açıqlamada isə Aİ tərəfi Türkiyənin regionda iqtisadi və siyasi baxımdan mühüm tərəfdaş olduğunu, həmçinin NATO üzvü və Aİ-yə namizəd ölkə kimi strateji əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Özbəkistan MAX messencerinin xaricdə istifadəsində lider oldu

Aynur Camal

Yunanıstanda İsrailə qarşı etirazlar artır

Aynur Camal

Trampdan İranla bağlı sərt açıqlama: “Blokada aradan qaldırılsa, razılaşma mümkün olmaz”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu