Image default
Digər

Özbəkistan MAX messencerinin xaricdə istifadəsində lider oldu

Özbəkistan MAX messencerinin xaricdə istifadəsinə görə lider mövqeyə yüksəlib. Platformanın məlumatına görə, ölkə ilk dəfə olaraq Belarusu geridə qoyaraq birinci yeri tutub.

Reytinqdə üçüncü yerdə Qazaxıstan qərarlaşıb. Onu Tacikistan və Qırğızıstan izləyir.

Platformanın açıqlamasına əsasən, xarici istifadəçilər hər gün təxminən 1,5 milyon zəng edir və 20 milyondan çox mesaj göndərir. Hazırda messencerdə 7 milyondan çox xarici istifadəçi mövcuddur və onların 90 faizi MDB ölkələrinin vətəndaşlarıdır.

Qeyd olunur ki, MAX messencerində qeydiyyat artıq 40 ölkənin vətəndaşları üçün əlçatandır. 2025-ci ilin noyabrında MDB ölkələrində istifadəçilər üçün zəng və mesajlaşma funksiyası aktivləşdirilib, 2026-cı ilin mart ayında isə bu imkanlar Asiya, Afrika, Yaxın Şərq və Latın Amerikası ölkələrinə də genişləndirilib.

Bundan əvvəl isə Rusiya Prezident Administrasiyasının informasiya-kommunikasiya texnologiyaları üzrə nümayəndəsi Tatyana Matveyeva bildirmişdi ki, aprel ayının əvvəlinə messencerin ümumi auditoriyası 111 milyonu keçib.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Milyonlarla arının kütləvi ölümü araşdırılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu