26 C
Baku
11 Sentyabr 2026, 17:01
Digər

Rusiya Ukraynanın enerji və liman infrastrukturuna zərbələr endirdiyini açıqladı

Rusiya Müdafiə Nazirliyi son 24 saat ərzində Ukrayna ərazisində enerji, nəqliyyat və liman infrastrukturuna zərbələr endirildiyini bildirib.

Nazirliyin məlumatına görə, əməliyyatlarda əməliyyat-taktiki aviasiya, hücum pilotsuz uçuş aparatları, raket qoşunları və artilleriya iştirak edib. Zərbələrin Ukrayna ordusunun istifadə etdiyi obyektlərə, uzaqmənzilli pilotsuz aparatların saxlanıldığı və buraxılışa hazırlandığı məntəqələrə, həmçinin hərbi birləşmələrin və xarici muzdluların müvəqqəti yerləşdiyi 131 əraziyə yönəldiyi qeyd olunub.

Açıqlamada həmçinin bildirilib ki, son bir gündə döyüş xətti boyunca Ukrayna ordusu təxminən 1120 hərbçi itirib. Rusiya tərəfi müxtəlif istiqamətlərdə baş verən itkilərlə bağlı detalları da açıqlayıb.

Belə ki, “Şimal”, “Qərb” və “Cənub” döyüş qruplarının məsuliyyət zonalarında yüzlərlə hərbçinin, zirehli texnikanın və digər hərbi vasitələrin məhv edildiyi iddia olunur. Eyni zamanda “Mərkəz”, “Şərq” və “Dnepr” istiqamətlərində də ciddi itkilərin olduğu vurğulanıb.

Qeyd edək ki, bu məlumatlar Rusiya Müdafiə Nazirliyi tərəfindən açıqlanıb və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu