Səhiyyə

Dəmirlə zəngin məhsullar hansılardır?

Həkim-terapevt Tatyana Podşipkova bildirib ki, dəmir çatışmazlığının qarşısını almaq üçün gündəlik qidalanmada dəmirlə zəngin məhsullara yer vermək vacibdir.

Onun sözlərinə görə, dəmir baxımından ən zəngin məhsullar arasında qoyun, mal ciyəri ilk yerlərdə dayanır. Həkim qeyd edib ki, heyvan mənşəli qidalarda olan dəmir orqanizm tərəfindən bitki mənşəli dəmirdən daha yaxşı mənimsənilir.

Mütəxəssis bildirib ki, mal əti, dana əti, hinduşka əti, toyuq budu, yumurta, eləcə də istiridyə, midiya və digər dəniz məhsulları da dəmirin yaxşı mənbələridir.

Bitki mənşəli məhsullar arasında isə mərcimək, noxud, lobya, ispanaq, yarpaq çuğunduru, alma, tofu, qarabaşaq və kinoa dəmirlə zəngin qidalar hesab olunur.

Həkim vurğulayıb ki, dəmirin daha yaxşı sorulması üçün bu məhsulları C vitamini ilə birlikdə qəbul etmək faydalıdır. Bu baxımdan portağal, limon şirəsi, bolqar bibəri, turş kələm və itburnu tövsiyə olunur.

Tatyana Podşipkova əlavə edib ki, düzgün qidalanma dəmir çatışmazlığının qarşısını almağa kömək etsə də, artıq yaranmış ciddi dəmir çatışmazlığını yalnız pəhrizlə aradan qaldırmaq mümkün olmaya bilər. Belə hallarda həkim məsləhəti ilə xüsusi preparatlar tələb oluna bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Yeni psixodelik dərman həm beyni sağaldır, həm mədəni qoruyur

Aynur Camal

Alimlər uşaqlarda böyrək çatışmazlığını yeni üsulla müalicə edir

Aynur Camal

Uşaqlar üçün D vitamininin 4 ən yaxşı qida mənbəyi açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu